"PAŞA Bank" ötən il imzaladığı fyuçers, forvard, svop və opsionlar üzrə müqavilələrin həcmini açıqlayıb
Ölkənin ən iri korporativ bankı "PAŞA Bank" ASC 2023-cü ildə 111.69 milyon manatlıq yerli müqavilələr ilə xarici valyutada olan fyuçers müqaviləsi imzalayıb.
Banker.az xəbər verir ki, bu barədə bankın fərdi audit hesabatında qeyd edilir.
Bu da illik müqayisədə 66.53 mln. manat və ya 147 faiz artım deməkdir.
Bankın forvard və svoplar üzrə xarici müqavilələrin həcmi illik müqayisədə 3 faiz artımla 304.99 mln. manat, yerli müqavilələr isə 80 faiz artımla 565.73 mln. manat təşkil edib.
Forvard və fyuçers müqavilələri müəyyən qiymətlə və gələcək tarixdə müəyyən edilmiş maliyyə alətinin alınması və ya satılması haqqında müqavilə razılaşmalarıdır. Forvardlar birjadan kənar bazarda bağlanılan xüsusi müqavilələrdir. Fyuçers müqavilələri üzrə əməliyyatlar tənzimlənən birjalarda standartlaşdırılmış məbləğlərlə aparılır və gündəlik pul marjası tələblərinə uyğun olur.
"PAŞA Bank" yerli opsion müqavilələrin həcmini 31 faiz artımla 53.4 mln. manata yüksəldib.
2023-cü ildə bankın törəmə maliyyə alətləri üzrə aktivləri 8.94 mln. manat və öhdəlikləri isə 8.71 mln. manat təşkil edib.
Svoplar iki tərəf arasında müəyyən edilmiş şərti məbləğlər əsasında faiz dərəcəsinin, məzənnənin və ya fond əmsalının dəyişməsinə bərabər məbləğlərin mübadiləsi və (kredit defoltu svopu ilə əlaqədar) müəyyən hadisələr baş verdiyi halda kreditlər üzrə ödənişlərin aparılması haqqında müqavilə razılaşmalarıdır.
Opsionlar alıcının müəyyən sayda maliyyə alətlərini müəyyən edilmiş şərti məbləğlə müəyyən edilmiş gələcək tarixdə və ya müəyyən edilmiş müddət ərzində istənilən zaman almaq və ya satmaq hüququnu (öhdəliyini deyil) nəzərdə tutan müqavilə razılaşmalarıdır.
Bununla belə, ötən həftə "PAŞA Bank" ASC İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib ki, bank 2023-cü ildə əmtəə fyuçers müqaviləsi imzalayıb, bu ölkə tarixində ilkdir. Sədr bildirir ki, bu metalla bağlı olub. O hansı şirkətlə bu müqavilənin imzalanmasını açıqlamayıb.

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Kriptovalyuta nədir və necə alınır?
Biznesə aid ən yaxşı 10 kitab
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Ən çox gəlir gətirən onlayn bizneslər