"PAŞA Bank" qeyri-neft sektorunda reallaşdırılan yeni layihəyə 10.000.000 manat ayırdı

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafını dəstəkləyən təşəbbüslərini davam etdirir.
Bu istiqamətdə atılan növbəti addım olaraq, Bank Azərbaycan biznesinin İnkişafı Fondunun güzəştli kredit mexanizmi çərçivəsində İsmayıllı rayonunun Topçu kəndində "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin sərinləşdirici içkilər istehsal edəcək yeni zavodunun tikintisi üçün 10.000.000 manat məbləğində kredit ayırıb.
Yeni zavod ildə 165 milyon litr sərinləşdirici içki istehsal  etmək gücünə sahib olacaqdır. Zavodun işə salınması bu regionda 100-ə yaxın daimi iş yerinin yaradılmasına imkan verəcək.
"PAŞA Bank" İdarə Heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının real sektorunun etibarlı maliyyə tərəfdaşı kimi, Bank ölkənin qeyri-neft sektorunun gücləndirilməsinə və real sektorun inkişafına öz töhfəsini verməyə davam edəcək.
"Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun olaraq, "PAŞA Bank" istehsal, kənd təsərrüfatı, nəqliyyat və logistika, İKT və digər qeyri-neft sektorlarının əsas istiqamətləri üzrə həyata keçirilən layihələrdə daima iştirak edir. Ölkəyə beynəlxalq təcrübənin və müasir texnologiyaların gətirilməsi, yeni iş yerlərinin açılması, eləcə də real sektorda sahibkarın inkişafına təkan verən investisiya layihələrinin icrası "PAŞA Bank"ın əsas prioritetlərindən biridir.  Əminəm ki, bu layihə Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsinə mühüm töhfə verəcək", – deyə, Quliyev bildirib.
"Azerbaijan Coca-Cola Bottlers" MMC-nin baş direktoru Rəna Məmmədova qeyd edib ki, 30 illik fəaliyyətini qeyd etdiyi zamanda bu sərmayə şirkətin inkişaf yolunda əlamətdar bir mərhələni ifadə edir.
"Yeni istehsal müəssisəmiz ölkəyə uzunmüddətli öhdəliyimizin, xarici biznes üçün münit şəraitin olmasının və onun gələcəyinə olan inamımızın bariz göstəricisidir. Biz sadəcə bir şirkət deyil, həm də etibarlı tərəfdaşıq – müştəri və istehlakçılarımız üçün dəyər yaratmağa, əməkdaşlarımızı gücləndirməyə və xidmət etdiyimiz icmalara töhfə verməyə sadiqik. Bank tərəfdaşlarımızın güclü dəstəyi ilə bu mühüm addımı atmaqdan qürur duyuruq," – deyə, Məmmədova bildirib.
Qeyd edək ki, "PAŞA Bank" bu il "International Investor" beynəlxalq nəşri tərəfindən "Azərbaycanın ən yaxşı bankı" elan edilib. Bank bu mükafata Azərbaycanın qeyri-neft sektorunda qazandığı uğurlara, ölkə iqtisadiyyatının, o cümlədən real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə layiq görülüb. / banker.az

Banklar     Tarix: 15 aprel 2025

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler dollar məzənnəsi bank faizleri biznes qurmaq bu gunun xeberleri