PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı
19 iyun tarixində Bakı Fond Birjasında PAŞA Bankın səhmlərinin ilkin kütləvi təklifinin (IPO) yerləşdirilməsi uğurla yekunlaşıb. Bakı Fond Birjasının Listinq Komitəsinin 3 aprel 2026-cı il tarixli qərarına əsasən Bankın səhmləri ticarətə icazə verilib və emissiya çərçivəsində nəzərdə tutulan 932 926 ədəd sənədsiz adlı adi səhmin yerləşdirilməsi tamamlanıb.
Yerləşdirmə nəticəsində nəzərdə tutulan 51,3 milyon AZN həcmində emissiyaya qarşı abunə yazılışı çərçivəsində təxminən 66,3 milyon AZN məbləğində sifariş qeydə alınıb. Ümumilikdə təxmini 18 000-ə yaxın unikal investor, 20 000-dən çox sifariş təqdim olunub. Bu göstəricilər təklif edilən səhmlərə yüksək marağın olduğunu və PAŞA Bankın inkişaf strategiyasına, eləcə də Azərbaycanın kapital bazarlarının gələcək potensialına olan etimadı bir daha nümayiş etdirir.
PAŞA Bank səhmlərinin yerləşdirilməsinin investor strukturu və digər göstəricilər barədə daha ətraflı məlumat növbəti həftə ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, PAŞA Bank fəaliyyətində qeyri-neft sektorunun inkişafını, real sektorun maliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsas strateji prioritetlərdən biri kimi müəyyən edib. Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə fəaliyyət göstərən Bank, müştəri ehtiyacları ətrafında formalaşdırılmış həllər və dayanıqlı inkişaf yanaşması ilə regionda biznesin etibarlı tərəfdaşlarından biri kimi çıxış edir. / banker.az

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?