"PAŞA Bank" "SIBOS 2025" Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 29 sentyabr 2025-ci il tarixində Almaniyanın Frankfurt şəhərində start götürən "SIBOS 2025" Beynəlxalq Bankçılıq Konfransında iştirak edir.
Bu il keçirilən konfrans "Qlobal maliyyə sektorunun növbəti sərhədləri" mövzusuna həsr olunub. Konfrans ödənişlər və qiymətli kağızların rəqəmsal transformasiyası, maliyyə imkanlarının genişləndirilməsi, maliyyə cinayətləri ilə bağlı hüquqi tədbirlərin gücləndirilməsini, kibertəhlükəsizliyi, tənzimləyici dəyişiklikləri, həmçinin süni intellekt, kvant texnologiyaları və paylanmış reyestr texnologiyası (DLT) kimi həllərin rolunu araşdırır.
Yüzlərlə ixtisaslaşmış spiker maliyyə ekosistemində baş verən çevik dəyişiklikləri və bu proseslərə uyğunlaşmaq üçün daha geniş şəbəkələşmə, inteqrasiya və dayanıqlılıq imkanlarını inkişaf etdirməyin yollarını müzakirə edir.
"PAŞA Bank"ın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanovun sözlərinə görə, bu mötəbər tədbir "PAŞA Bank" üçün həmçinin də beynəlxalq əməkdaşlıqların davamlılığı, inkişafı və qurulması baxımından unikal bir platformadır.
"Hər il bu konfransda iştirak etməklə biz beynəlxalq əməkdaşlıq şəbəkəmizi genişləndirir, aparıcı maliyyə institutları ilə yeni tərəfdaşlıqlar qururuq, yeni imkanları, hədəfləri müəyyənləşdiririk, təcrübələrimizi bölüşürük, yeni təcrübələri və innovativ həlləri öyrənirik. Bu isə bizə müasir təcrübələri və yeni imkanları Azərbaycan bazarında tətbiq edərək müştərilərimizin biznes ehtiyaclarına uyğun daha çevik və effektiv həllər təqdim etməyə imkan verir," – deyə, M. Süleymanov bildirib.
Qeyd edək ki, 2 oktyabra qədər davam edəcək "SIBOS 2025" tədbiri dünyanın aparıcı maliyyə institutlarını, fintex şirkətlərini, texnologiya təminatçılarını, investorları, tənzimləyiciləri və 500-dən çox müstəqil eksperti bir araya gətirərək məhsuldar müzakirə və əməkdaşlıq imkanları yaradır.
/ banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin nədir?
Onlayn biznes növləri
Françayzinq nədir və necə olur?
Dünyanın ən varlı 10 müğənnisi
"Freelance" nədir?