PAŞA Bank: Sifarişinin həcmi 20 min manatadək olan fiziki şəxs investorun sifarişinin 100 faizi hissəsində səhm alacağı gözlənilir

PAŞA Bank: Sifarişinin həcmi 20 min manatadək olan fiziki şəxs investorun sifarişinin 100 faizi hissəsində səhm alacağı gözlənilir"PAŞA Bank" ASC-nin ilkin kütləvi təklif çərçivəsində satışa çıxardığı səhmlərə investor marağı yüksəkdir.
Marja.az-ın məlumatına görə, Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov brifinqdə bildirib ki, hazırkı məlumata görə, səhmlərə sifarişlərin ümumi məbləği təklif olunan həcmi üstələyib.
Murad Süleymanovun sözlərinə görə, abunə yazılışı iyunun 12-də başa çatacaq. Bundan sonra səhmlərin yerləşdirilməsi prosesinə başlanılacaq.
"Yerləşdirmə prosesinin nə qədər vaxt alacağını iyunun 12-dən sonra, ilk tarixlərdə biləcəyik və mətbuata açıqlama verəcəyik. Yerləşdirmənin bitmə vaxtı elan olunacaq, bundan sonra isə ikinci bazarın açılışı barədə məlumat veriləcək", – deyə Murad Süleymanov bildirib.
O qeyd edib ki, PAŞA Bank səhmlərinin təkrar bazarda ticarətə başlaması Bakı Fond Birjası ilə birlikdə təşkil olunacaq və bu tədbirə media nümayəndələri də dəvət ediləcək.
"Bu, bazar üçün əhəmiyyətli tədbirdir. Biz istəyirik ki, proses maksimum işıqlandırılsın və insanlar ikinci bazarda, təkrar bazarda da aktiv olsunlar", – deyə PAŞA Bank-ın Baş Maliyyə İnzibatçısı vurğulayıb.
Murad Süleymanov xatırladıb ki, PAŞA Bank-ın emissiya prospektində investorlar üçün üç prioritet səviyyə nəzərdə tutulub. Birinci səviyyəyə 20 min manatadək sifariş verən fiziki şəxslər, ikinci səviyyəyə 20 min manatdan yuxarı sifariş verən fiziki şəxslər, üçüncü səviyyəyə isə hüquqi şəxslər daxildir.
Murad Süleymanov bildirib ki, bu bölgünün əsas məqsədi səhmdarlar sırasında daha çox fiziki şəxsin iştirakına şərait yaratmaqdır. Tələbatın yüksək olması halında hər səviyyə üzrə sifarişlərin təmin olunması emissiya prospektində göstərilən qaydalara uyğun həyata keçiriləcək.
"Bizim məqsədimiz burada daha çox fiziki şəxsin iştirak etməsidir. Emissiya prospektində bu məsələ əksini tapıb. Hətta nəzərə almışıq ki, əgər kimsə bir səhm üçün sifariş veribsə, proporsional bölgü zamanı yuvarlaqlaşdırma səbəbindən onun payı sıfıra düşməsin. Minimal sifariş verən investorların ən azı bir səhm əldə etməsi üçün bu incəliklər də nəzərdən keçirilib", – deyə Murad Süleymanov bildirib.
Onun sözlərinə görə, bu günə olan məlumata əsasən, pərakəndə investorların sifarişləri təkbaşına bütün təklif həcmini örtmür. Bununla belə, fiziki şəxslərdən daxil olan sifarişlərin dinamikası hər gün dəyişir və son günlər investor aktivliyində artım müşahidə olunur.
PAŞA Bank rəsmisinin sözlərinə görə, əgər fiziki şəxslərin sifarişləri ümumi təklif həcmini tam örtməsə, həmin investorların sifarişlərinin tam həcmdə təmin olunması mümkündür. Lakin yekun qərar abunə yazılışının nəticələrindən və sifarişlərin ümumi strukturundan asılı olacaq.
Murad Süleymanov qeyd edib ki, bugünə olan məlumata görə 16000 investor sifariş yerləşdirib.

Banklar     Tarix: 10 iyun 2026

Oxşar xəbərlər

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli dollar depozit təklifləri – SİYAHI (sentyabr)

Azərbaycanda bankların ABŞ dollarında müddətli əmanətlər üzrə təklifləri arasında ən yüksək gəlirlilik illik 5%-ə çatıb. -ın 2026-cı ilin sentyabr ayı üzrə müqayisəsinə görə, ən yüksək faiz təklifini "AFB Bank"

İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır

Azərbaycanda illik inflyasiya avqust ayında 5,7%-ə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqustunda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,7% artıb. İyul ayınd

"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq

"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq. bankın məlumatına istinadə

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

Mərkəzi Bank sistem əhəmiyyətli bankların qiymətləndirilməsi qaydalarını dəyişib

Azərbaycanda bankların sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi meyarları, eləcə də bank kapitalının və kapital adekvatlığının hesablanması qaydaları dəyişdirilib. xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı sistem əhəmiyyətl

Expressbank Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib

Expressbank "Aydın Sabahlar" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti dəfə ucqar kəndlərdə birinci sinfə başlayan uşaqları məktəb ləvazimatları ilə təmin edib. Layihə çərçivəsində Qusarın Böyü

Azərbaycanın strateji valyuta ehtiyatları $91 milyarda yüksəlib

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il sentyabrın 1-nə 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7%, 2026-cı ilin yanvar-iyul aylarına nisbətən isə 12,2% çoxdur

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (sentyabr)

Azərbaycanda bankların manatla müddətli əmanətlər üzrə təkliflərində ən yüksək gəlirlilik illik 11,5%-ə çatır. -ın 2026-cı ilin sentyabr ayı üzrə müqayisəsinə görə, ən yüksək faiz təklifini "Yelo Bank" verir. Bankd


iqtisadi xeberler bitkoin emlak xeberleri depozit faizleri biznes qurmaq