"PAŞA Bank" "SME Banking Agency" tərəfindən 3 əsas nominasiyada birinciliyə layiq görüldü

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" kiçik və orta biznes sahiblərinə (KOS) təqdim etdiyi innovativ və müştəriyönümlü rəqəmsal həllərə görə 11 aprel 2025-ci il tarixində 3 nominasiyada beynəlxalq səviyyədə birinciliyə layiq görülüb.
"SME Banking Agency" tərəfindən KOS müştəriləri üçün qeydiyyat, onlayn və mobil bankçılığın inkişafına və effektivliyinə dair keçirilən beynəlxalq "Digital Banking 2025: Central Asian Countries" araşdırmasının nəticələrinə əsasən, "PAŞA Bank" Azərbaycan üzrə aşağıdakı sahələrdə 2025-cü ilin lider bankı seçilib.
KOS müştəriləri üçün ən yaxşı onlayn qeydiyyat prosesi;
KOS müştəriləri üçün ən yaxşı mobil tətbiq;
KOS müştəriləri üçün ən yaxşı onlayn bank.
Qeyd edək ki, "PAŞA Bank" son illər ərzində rəqəmsal bankçılıq və biznes yönümlü xidmətlər sahəsində mühüm uğurlara imza atıb. 2024-cü ildə "SME Banking Agency" bankın onlayn platformasını ölkənin ən yaxşı biznes bankı, mobil tətbiqini isə 112 meyar əsasında ən yaxşı mobil bankı elan edib. 2023-cü ildə isə Bank "Azərbaycanın ən yaxşı internet bankı" nominasiyasında lider olub.
Bankın beynəlxalq səviyyədə qazandığı digər uğurlar sırasında 2024-cü ildə "Euromoney" tərəfindən "Azərbaycanın ən yaxşı KOS bankı", 2025-ci ildə isə "International Investor" tərəfindən real sektorun dayanıqlı inkişafına verdiyi töhfəyə görə "Azərbaycanın ən yaxşı bankı" seçilməsi də yer alır.
Bu nailiyyətlər "PAŞA Bank"ın KOS-lara xüsusi diqqət yetirən müştəriyönümlü yanaşmasının, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyasının və bizneslər üçün optimallaşdırılmış innovativ həllərinin bariz nümunəsidir. 2025-ci ilin "CustomerFirst" ili elan olunması isə bu yanaşmanın strateji əsasda davam etdirildiyini və müştəri məmnuniyyətinin Bank üçün əsas prioritet olduğunu bir daha təsdiqləyir. Rəqəmsal imkanlar vasitəsilə sahibkarlara təqdim edilən çevik və etibarlı maliyyə həlləri ölkənin iqtisadi inkişafına, qeyri-neft sektorunun güclənməsinə və rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir. / banker.az

Banklar     Tarix: 15 aprel 2025

Oxşar xəbərlər

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq

"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq. bankın məlumatına istinadə

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri


iqtisadi xeberler biznes qurmaq dollar manat kursu bank faizleri emlak xeberleri