"PAŞA Bank Türkiyə" daha da böyüyüb

"PAŞA Bank" ASC-nin Tükiyədəki törəmə bankı olan "PAŞA Bank Türkiyə" 2024-cü ilin ilk yarısı (yanvar-iyun) üzrə maliyyə hesabatlarını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə "PAŞA Bank Türkiyə"nin cəmi aktivlərinin həcmi 34,3 faiz, nizamnamə kapitalı 63,6 faiz, nağd pul kreditlərinin həcmi isə 14,4 faiz artıb.
30 İyun 2024-cü il tarixində Bankın cəmi aktivləri 10 milyard 431 milyon türk lirəsinə (cari məzənnə ilə 526 milyon 765 min manat) çatıb. 
"PAŞA Bank Türkiyə"nin 2024-cü ilin ilk 6 ayında255,3 milyon Türk lirəsi (cari məzənnə ilə 12 milyon 892 min manat) mənfəət əldə edib.
"PAŞA Bank Türkiyə"nin baş direktoru H. Cenk Eynehan deyib:
"2024-2026-cı illəri əhatə edən strategiyamız dövründə Türkiyə-Azərbaycan-Gürcüstan üçbucağında ticarətin maliyyələşdirilməsində rolumuzu daha da artırmağı planlaşdırırıq. PAŞA Bank; Türkiyə, Azərbaycan və Gürcüstan üçbucağında ticarət etmək və sərmayə qoymaq istəyən və cari iş həcmini artırmağı hədəfləyən şirkətlər üçün "maliyyə körpüsü" olmaqla yanaşı, həm də bu şirkətlər üçün regionda bələdçi və strateji həll ortağı olmaq missiyasını öz üzərinə götürür". / marja.az

Banklar     Tarix: 19 avqust 2024

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bank faizleri valyuta mezennesi biznes ideyalari online pul qazanmaq