"PAŞA Bank" yeni nəsil kassa funksiyalı mPOS cihazını təqdim etdi
®Müştəri təcrübəsini daha da təkmilləşdirmək və maliyyə xidmətlərinə əlçatanlığı artırmaq məqsədilə "PAŞA Bank" yeni təşəbbüslərini davam etdirir.
Sektorda ilk dəfə Bank kiçik və orta biznes sahiblərinə (KOS), eləcə də korporativ müştərilərinə daha çevik və funksional ödəniş həlləri təqdim etmək məqsədilə kassa funksiyalı mPOS cihazını istifadəyə verib. Yeni cihaz satış əməliyyatlarını avtomatik olaraq kassa sisteminə ötürərək, əməliyyatların sürətli və düzgün aparılmasını təmin edir. Sahibkarlar ödəniş və kassa əməliyyatlarını artıq bir cihaz üzərindən icra edə, qəbzləri rahatlıqla çap edə biləcəklər. Müştərilər depozit, dövriyyə tələbi və cərimə məbləği olmadan cihazı "PAŞA Bank Biznes" platformasından əldə edə bilərlər ().
"PAŞA Bank" son illər ərzində rəqəmsal bankçılıq və biznes yönümlü xidmətlər sahəsində mühüm uğurlara imza atıb. Bu nailiyyətlər "PAŞA Bank"ın KOS-lara xüsusi diqqət yetirən müştəriyönümlü yanaşmasının, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyasının və bizneslər üçün optimallaşdırılmış innovativ həllərinin bariz nümunəsidir. 2025-ci ilin "CustomerFirst" ili elan olunması isə bu yanaşmanın strateji əsasda davam etdirildiyini və müştəri məmnuniyyətinin Bank üçün əsas prioritet olduğunu bir daha təsdiqləyir. Rəqəmsal imkanlar vasitəsilə sahibkarlara təqdim edilən çevik və etibarlı maliyyə həlləri ölkənin iqtisadi inkişafına, qeyri-neft sektorunun güclənməsinə və rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir. / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
IMEI kod nədir?
Bill Qeyts kimdir?