"PAŞA Bank" yeni səhmlər üzrə abunə yazılışları fonunda investorlara dividend ayırır- Səhmdarlar bu məsələyə görə toplaşır

"PAŞA Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək və gündəliyə hazırda aktual olan 2025-ci ilin maliyyə nəticələrinə əsasən səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir.
Banker.az xəbər verir ki, yığıncaq 18 iyun 2026-cı il tarixində saat 10:00-da telekommunikasiya vasitəsilə həyata keçirləcək.
Qeyd edək ki, "PAŞA Bank" ASC 2026-cı ilin aprel–may aylarında həyata keçirilən İlkin Kütləvi Təklif (IPO) çərçivəsində bank kapitalının 5%-nə bərabər olan 932 926 ədəd adi adlı səhmini geniş ictimaiyyətə təqdim edib. Hər səhmin nominal dəyəri 55 manat təşkil edir.
İlkin olaraq abunə yazılışı 12 maya qədər olsa da, sonradan müddət daha 1 ay, yəni iyunun 12-nə qədər uzadılıb. Bildirilib ki, bu qərar investorlar, müştərilər və tərəfdaşlardan gələn müraciətlər nəzərə alınaraq, daha çox şəxsin "PAŞA Bank"ın səhmdarı olması məqsədilə qəbul olunub. Bankın baş maliyyə inzibatçısı Murad Suleymanov bildirib ki, IPO çərçivəsində müşahidə olunan yüksək investor marağı abunə müddətinin uzadılması qərarında mühüm rol oynayıb.
Əlavə olaraq abunə müddətinin uzadıldığı dövrdə yerləşdirilmiş bütün vəsaitlər üzrə hesablanan illik 5% gəlir ("overnight") mexanizmi də davam etdiriləcək.
"PAŞA Bank" rəsmisinin sözlərinə görə, aprelin 13-də start verilmiş abunə yazılışı müddəti ərzində hazırkı tarixə 12 000-ə yaxın müraciət qəbul edilib.
Məlumata görə, "PAŞA Bank" son 5 ildə ümumilikdə təxminən 800 milyon manat xalis mənfəət əldə edib, illik orta mənfəət isə 200 milyon manatdan çox olub.
31 mart 2026-cı il tarixinə bankın 553 milyon manat bölüşdürülməmiş mənfəəti mövcuddur. Son 5 ildə səhmdarlara ümumilikdə 400 milyon manatdan çox dividend ödənişi həyata keçirilib.
Bankın nümayəndələrinin açıqlamalarına əsasən, investorlar üçün illik mənfəətin təxminən 30–40%-i həcmində dividend ödənişi planlaşdırılır. Son illərdə bu göstərici bəzi dövrlərdə 50–60% intervalında olub.
Minimum alış 1 səhm olmalıdır. Yerləşdirmə tam baş tutsa, "PAŞA Bank"ın nizamnamə kapitalı 18,659 milyon manat artaraq 354,512 milyon manatdan 373,171 milyon manata çatacaq. Yeni investorlar Bankın səhmlərinin 5%-nə sahib olacaqlar.

Banklar     Tarix: 23 may 2026

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler rubl mezenne bitcoin dollar mezenne biznes qurmaq