"PAŞA Bank"ın dəstəyilə "Sindikativ kreditlər" mövzusunda konfrans keçirilib

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın dəstəyi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə "Sindikativ kreditlər" mövzusuna həsr edilmiş konfrans keçirilib.
Bakıda 4 iyul 2025-ci il tarixində baş tutan tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının, ABA-nın, İqtisadiyyat Nazirliyi yanında Biznesin İnkişafı Fondunun, "PASHA Holding"in, "PAŞA Bank"ın, "AZƏRMAŞ" ASC-nin, bir sıra digər bankların və sığorta şirkətlərinin təmsilçiləri bir araya gəlib. İştirakçılar sindikativ kredit mexanizminin funksionallığı, bizneslərin maliyyə ehtiyaclarının daha effektiv şəkildə təmin olunması, eləcə də risklərin bir neçə maliyyə institutu arasında bölüşdürülməsi imkanları ilə bağlı fikir mübadiləsi aparıblar. Bununla yanaşı, bu maliyyə alətinin şirkətlərin kapital bazarına çıxışını necə genişləndirdiyi, maliyyə dayanıqlılığını artırdığı və ümumilikdə biznesin inkişaf potensialına necə töhfə verdiyi müzakirə edilib. Tədbir çərçivəsində keçirilən panel müzakirəsi zamanı sindikativ kreditləşmənin müxtəlif requlyativ və hüquqi aspektlərinə aydınlıq gətirilib.
Tədbirə qatılan 100-ə yaxın iştirakçı Azərbaycanda sindikativ kreditlərin tətbiqinin genişləndirilməsi üçün birgə səylərin artırılmasının zəruriliyini qeyd ediblər. "PAŞA Bank" isə bu prosesdə dəstəyini davam etdirməyə və yerli biznesin dayanıqlı maliyyələşməsinə töhfə verməyə hazır olduğunu bir daha bəyan edib. Konfrans həm yeni əməkdaşlıq platforması, həm də ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək strateji maliyyə alətinin təşviqi baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilib.
"PAŞA Bank" sindikat kreditləşməsi və alternativ maliyyələşmə imkanlarını təşviq edən təşəbbüslərlə çıxış edərək, müştərilərinə daha əlçatan və effektiv maliyyə həlləri təqdim etməyə davam edir. Bank həmçinin, innovativ maliyyə məhsulları və xidmətləri ilə yerli biznesin rəqabət qabiliyyətinin artırılmasına, iqtisadiyyatın dayanıqlı inkişafına və ölkənin maliyyə sektorunun beynəlxalq səviyyədə möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Bu istiqamətdə Bank gələcəkdə də əməkdaşlıq və inkişaf proqramlarını genişləndirərək, həm sahibkarların, həm də investorların ehtiyaclarına cavab verən etibarlı tərəfdaş olaraq fəaliyyətini davam etdirəcək.
/ banker.az

Banklar     Tarix: 08 iyul 2025

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri en son xeberler online pul qazanmaq