"PAŞA Bank"ın "Empower youth: invest in education" adlı sosial layihəsinin növbəti mərhələsi keçirilib

®Sosial məsuliyyətli korporativ vətəndaş olan "PAŞA Bank" ölkənin və cəmiyyətin dayanıqlı inkişafına və tərəqqisinə yönəlmiş layihələri və təşəbbüsləri həyata keçirməyə davam edir.
"PAŞA Bank", ADA Universiteti və ADA Universiteti Fondu ilə birgə həyata keçirdiyi "Empower youth: invest in education" adlı sosial layihəsinin növbəti mərhələsini uğurla həyata keçirib. 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbirdə 1 nömrəli ümumi təyinatlı internat və 11 nömrəli İnteqrasiya təlimli internat məktəblərində şagirdlərlə görüş keçirilib.
Bu məktəblərdə təhsil alan şagirdlərin yaradıcı potensialını inkişaf etdirmək və onların özlərini daha yaxşı ifadə etmələrinə dəstək olmaq məqsədilə rəssamlar tərəfindən xüsusi təlimlər təşkil edilib. Həmçinin, uşaqlar üçün təhsil almanın və şəxsi inkişafın əhəmiyyəti, pis vərdişlərdən çəkinmə və digər mühüm sosial mövzular üzrə maarifləndirmə tədbirləri təşkil olunub.
Qeyd edək ki, "PAŞA Bank"ın tərəfdaşları ilə birgə həyata keçirdiyi "Empower youth: invest in education" layihəsi 2023-cü ildə başlayıb. Layihə çərçivəsində internat məktəblərində təhsil alan qızların universitetə qədər olan təhsil xərcləri qarşılanır və gələcəkdə seçə biləcəkləri peşə sahələri üzrə fərqli təlimlər, seminarlar, görüşlər və sosial aksiyalar təşkil edilir.
"PAŞA Bank" korporativ sosial məsuliyyət missiyası çərçivəsində bu cür təşəbbüslərini davam etdirmək niyyətindədir.
/ banker.az

Banklar     Tarix: 05 dekabr 2024

Oxşar xəbərlər

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

Türk İnkişaf Bankı yaradıla bilər

Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır


iqtisadi xeberler avtomobil xeberleri emlak xeberleri dollar manat kursu bitcoin qiymeti