"PAŞA Bank"ın INMerge İnnovasiya Forumundakı interaktiv stendi böyük maraq topladı

®INMerge İnnovasiya Forumunun ən çox ziyarət olunan məkanlarından biri "PAŞA Bank"ın interaktiv stendi olub. Müştəri mərkəzli yanaşmanı ön plana çıxaran Bank, ziyarətçilərə innovativ təcrübə bəxş edən xüsusi formatı ilə fərqlənib.
Forum iştirakçıları üçün təqdim edilən "CX Hero Challenge" oyunu tədbirin əsas maraq mərkəzlərindən birinə çevrilib. Oyun qonaqlara müxtəlif biznes personajlarının gündəlik bankçılıq çətinliklərini hiss etmək və onlara ən optimal həll yollarını seçmək imkanı yaradıb. Beləliklə, iştirakçılar sadəcə tamaşaçı yox, Bankın müştəri yolunun bir parçasına çevriliblər.
Əyləncəli xal toplama mexanizmi sayəsində oyun həm rəqabətli, həm də praktiki olub – düzgün cavablar iştirakçıların xalını artırıb, ən yüksək nəticə göstərənlər isə faydalı hədiyyələrlə mükafatlandırılıb. Ziyarətçilər həm rəqəmsal həllərin üstünlüklərini tanıyıb, həm də müştəri yönümlü düşüncəni əyləncəli formada təcrübədən keçiriblər.
Cəmi iki gün ərzində 400-dən çox qonaq bu oyunda iştirak edib. Onlar "PAŞA Bank"ın məhsul və xidmətləri ilə tanış olmaqla yanaşı, təqdimatın innovativ formatını və hədiyyələrin dəyərini xüsusi vurğulayıblar.
"PAŞA Bank" INMerge Forumuna platin sponsor kimi dəstək göstərib və tədbir çərçivəsində "Məsuliyyətli bankçılıq" mövzusuna həsr olunmuş vertikala ev sahibliyi edib. Sessiyada dayanıqlılıq, etik bankçılıq və müştəri mərkəzliliyinin maliyyə sektorunda rolu müzakirə olunub.
"PAŞA Bank" son illərdə rəqəmsal bankçılıq və biznes xidmətlərində nailiyyətlər əldə edərək xüsusilə kiçik və orta sahibkarlığı dəstəkləyir və müştəri məmnuniyyətini strateji prioritet kimi müəyyən edib.
/ banker.az

Banklar     Tarix: 02 oktyabr 2025

Oxşar xəbərlər

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə


iqtisadi xeberler rubl mezenne leobank kart avtomobil xeberleri birbank