"PAŞA Bank"ın səhmdarı olmaq üçün son 10 gün qaldı – Bu nadir imkanı nə üçün qaçırmaq olmaz?

Artıq bir çox oxucumuza məlum olduğu kimi, "PAŞA Bank" ASC Azərbaycan kapital bazarında çoxdandır ki gözlənilən mühüm addım ataraq öz səhmlərinin bir hissəsini ilk dəfə geniş ictimaiyyət üçün satışa çıxarıb. Söhbət məhdud müddət ərzində, yəni 13 aprel – 12 may 2026-cı il tarixləri ərzində, məhdud sayda, bank kapitalının cəmi 5%-ni təşkil edən 932 926 ədəd adi, adlı səhmlərin İlkin Kütləvi Təklifindən (IPO) gedir. Bu IPO sayəsində istənilən vətəndaş – müəllim, həkim, sahibkar, ofis işçisi və s. – bankın səhmdarına çevrilə və onun gəlirlərindən pay ala bilər. Səhmlər üzrə son abunə yazılışı 12 may 2026-cı ildir. Bu isə o deməkdir ki, bu tarixi fürsətdən yararlanmaq üçün qalan vaxt barmaqla sayılacaq qədər azdır.
Niyə PAŞA Bank?
Sabit və güclü maliyyə nəticələri. Bankın maliyyə nəticələrinə nəzər salsaq görərik ki, son 5 ildə PAŞA Bank ümumilikdə (kumulyativ olaraq) təqribən 800 milyon manat xalis mənfəət əldə edib. "PAŞA Bank"ın əldə etdiyi xalis mənfəət stabil olmağı ilə yanaşı, güclü artım nümayiş etdirib. Belə ki, 2021-ci illə müqayisədə xalis mənfəət göstəricisi təqribən 2 dəfə artmış, son 3 ildə hər il orta hesabla 200 milyon manatdan çox xalis mənfəət göstəricisi qeydə alınmışdır.
Bu göstəricələr nəticəsində PAŞA Bank ölkəmizin sistem əhəmiyyətli bankı olmaqla, dayanıqlı mövqeyi ilə banklar arasında ilk 3-lükdə qərarlaşmışdır. Bankın Sözügedən dayanıqlı mövqeyi beynəlxalq reytinq agentlikləri tərəfindən də dəstəklənərək – S&P Global Ratings və Moody"s Ratings tərəfindən "müsbət" kredit reytinqləri ilə qiymətləndirilmişdir.
Ümumiyyətlə təşkilat və ya şirkətin mənfəətliliyi səhmdarlar üçün həmişə önəmli bir göstəricidir. Çünki birbaşa olaraq səhmdarların gəlirlərinə təsir edir.
Bankın 31 mart 2026-cı il tarixinə olan maliyyə nəticələrinə əsasən, 553 milyon manat bölüşdürülməmiş mənfəəti mövcuddur. Bu məbləğ bankın illər ərzində topladığı və gələcəkdə səhmdarlar arasında dividend kimi bölə biləcəyi vəsaitdir. Bu, investorlar üçün çox önəmlidir – çünki dividend məhz bu vəsaitdən ödənilir.
Dividend nədir və niyə vacibdir?
Dividend – bankın əldə etdiyi mənfəətin bir hissəsinin səhmdarlara pul şəklində ödənilməsidir.
Belə ki, siz bankın səhmlərini aldıqdab sonra, bank hər il mənfəət qazandıqca bu qazancın bir hissəsi dividend formasında səhmdarlar arasında bölüşdürülü. Bu, investorlar üçün bir növ passiv gəlir mənbəyi deməkdir — yəni sadəcə  səhmi saxlamaqla illik gəlir əldə edirsiz. Əlavə olaraq bankın səhmlərinə abunə yazılışı bitdikdən sonra səhmlərin təkrar bazarda ticarəti (yəni, alqı-satqısı) aktivləşir və bazardakı tələb-təklifdən aslı olaraq münasib qiymətə satmaq da olur.
"PAŞA Bank" son 5 ildə səhmdarlarını dividendlə məmnun edə bilib. Belə ki, bu müddətdə ümumilikdə 400 milyon manatdan çox dividend ödənişi həyata keçirilib. Qeyd edək ki, bankın əvvəlki illərdəki dividend ödənişləri "Böyük dördlük"ə daxil olan nüfuzlu beynəlxalq audit şirkəti "E&Y" tərəfindən audit olunaraq təsdiqlənmişdir.
"PAŞA Bank"ın Baş Maliyyə İnzibatçısı Murad Süleymanov ötən ay IPO çərçivəsində abunə yazılışına həsr olunmuş mətbuat konfransında bildirdi ki, bank investorlarına ən azı illik mənfəətin 30–40%-ı məbləğində dividend ödəməyi planlaşdırır. Qeyd edək ki, son 3 il ərzində bank mənfəətinin təqribən 60%-ı həcmində dividend ödənişi həyata keçirmişdir ki, bu da beynəlxalq praktikada çox yüksək göstərici hesab olunur və bankın növbəti illərdəki dividend potensialının oxşar səviyyədə, yəni 50-60% ətrafında ola biləcəyinə müsbət işarədir. Növbəti dividend ödənişi iyun–iyul aylarında gözlənilir. Bu isə o deməkdir ki, investorlar çox qısa müddət ərzində qoyduqları investisiya müqabilində ilk gəlirlərini əldə edəcəklər.
IPO-da necə iştirak etmək olar?
Səhmlərin abunə yazılışı 13 aprel – 12 may 2026 tarixlərində həyata keçirilir. IPO-da iştirak etmək üçün 6 mühüm onlayn platformalardan istifadə edə bilərsiniz.
Onlayn platformalar – PAŞA Bank, Birbank Invest, PAŞA Kapital, ABB Invest, Unicapital, Leobank-dan istifadə edərək mümkündür.
Fiziki olaraq banka da gedə bilərsiniz. Bura, PAŞA Bank, Kapital Bank və Unibank filialları və PAŞA Kapital ofisi daxildir.
Minimum alış 1 ədəd səhmdir, maksimum limit isə yoxdur.
Qeyd: Bu investisya məsləhəti deyil. / banker.az

Banklar     Tarix: 03 may 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler bank faizleri internetden pul qazanmaq dollar məzənnəsi bitcoin qiymeti