"PAŞA Bank"ın xalis mənfəəti 28% artıb
Azərbaycanın ən böyük özəl bankı olan "PAŞA Bank" ASC 2022-ci ilin birinci yarısını 64 milyon 844 min manat xalis mənfəət ilə başa vurub.
Bank 2021-cii lin birinci yarısını 50 milyon 640 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank" ASC-nin 2022-ci ilin 1-ci yarısında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyon 204 min manat və ya 28% artıb.
Marja.az xəbər verir ki, "PAŞA Bank"ın 2022-ci ilin birinci yarısında cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 223 milyon 849 min manat, cəmi əməliyyat xərcləri 128 milyon 688 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 95 milyon 161 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 9 milyon 114 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 21 milyon 203 min manat mənfəət vergisi ödəyib.
Xəbər yenilənəcək…


Expressbank Bərdədə 300 ağac əkib
Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət
Kino biletləri də ABB mobile tətbiqində
Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard