PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
PAŞA Həyat Sığorta şirkətinin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. Şirkətin Direktorlar Şurasının təsdiqinə əsasən, Elmin İsgəndərov 22 yanvar 2026-cı il tarixindən etibarən PAŞA Həyat-da İdarə Heyətinin üzvü - Baş Risk İnzibatçısı vəzifəsini icra edəcəkdir.
Elmin İsgəndərov maliyyə və risklərin idarə olunması sahəsində geniş peşəkar təcrübəyə malikdir. O, bu təyinata qədər PAŞA Bank-da müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son olaraq Bankda Kredit Risklərinin Anderraytinqi departamentinin aparıcı direktoru vəzifəsini icra edib. Bundan əvvəl isə Kredit Risklərinin Anderraytinqi departamentinin direktoru və Kredit Risklərinin Anderraytinqi departamentinin Korporativ Bankçılıq şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.
Yeni vəzifəsində Elmin İsgəndərov PAŞA Həyat-da risklərin idarə olunması strategiyasının formalaşdırılması, risk mədəniyyətinin gücləndirilməsi, korporativ idarəetmə və dayanıqlı inkişaf məqsədlərinə uyğun risk çərçivəsinin inkişafına rəhbərlik edəcək.
Elmin İsgəndərov təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə və Kredit ixtisası üzrə bakalavr və magistr pillələrində alıb. Daha sonra Böyük Britaniyada Newcastle Universitetində Beynəlxalq Maliyyə Analizi üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. Maliyyə sektoru üzrə bir neçə beynəlxalq sertifikatlara malikdir.
Ailəlidir, 1 övladı var.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Dünyanın ən varlı 10 müğənnisi
IBAN nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?