"PASHA Bank Georgia" 4 mln. lari üzərində xalis mənfəət əldə edib

"PASHA Bank Georgia" 2026-cı ilin I rübünü 4.07 mln. lari və ya 2.57 mln. Azərbaycan manatı* xalis mənfəətlə  başa vurub. Halbuki, bank 2025-ci ilin eyni dövründə 914.7 min lari zərər açıqlamışdı.
Banker.az xəbər verir ki, mənfəətə keçid əsasən xalis faiz gəlirlərinin 25.4% artaraq 5.7 mln. lariyə yüksəlməsi, kreditlər üzrə dəyərsizləşmə ehtiyatlarının 2.89 mln. lari bərpası və treydinq əməliyyatlarından gəlirlərin 8.4 dəfə artaraq 609.8 min lariyə çatması hesabına mümkün olub.
Bankın cəmi gəlirləri illik müqayisədə 12.8% artaraq 17.94 mln. lariyə yüksəlib. Bu dövrdə faiz gəlirləri 9.9%, komissiya gəlirləri isə 22.3% artıb. Cəmi xərclər isə 4.9% azalaraq 13.87 mln. lari təşkil edib. Faiz xərclərinin 25.5% artmasına baxmayaraq, kreditlər üzrə ehtiyat ayırmalarının azalması və amortizasiya xərclərinin 9.8% enməsi gəlir-xərc balansını yaxşılaşdırıb.
2026-cı il aprelin 1-nə "PASHA Bank Georgia"nın cəmi aktivləri 669.05 mln. lari olub ki, bunun da 378.5 mln. lari ekvivalenti xarici valyutada olub. Bankın kredit portfeli 417.28 mln. lariyə çataraq 7.8% artıb və ümumi aktivlərin 62.4%-ni formalaşdırıb. Eyni zamanda amortizasiya olunmuş dəyərlə qiymətləndirilən qiymətli kağızlar portfeli 41.4% artaraq 114.66 mln. lariyə yüksəlib.
Bankın cəmi öhdəlikləri 524.97 mln. lari olmaqla burada depozit portfeli 426.73 mln. lari olub.Cəmi kapital isə 17% artaraq 144.07 mln. lariyə yüksəlib.
*Azərbaycan Mərkəzi Bankının 31.03.2026-cı il tarixinə rəsmi məzənnəsi: 1 lari= 0.6313 manat

Banklar     Tarix: 07 may 2026

Oxşar xəbərlər

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler pul qazanmaq rubl mezenne biznes krediti en son xeberler