"PASHA Bank Georgia" ötən ili mənfəətlə başa vurub, aktivlərini böyüdüb

Azərbaycanın ən iri korporativ bankı "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsinin vəziyyəti yaxşılaşmaqda davam edir. "PASHA Bank Georgia" 2023-cü il üzrə 1.7 mln. lari həcmində xalis mənfəət açıqlayıb.
(həmin tarixə 1 ABŞ dolları= 2.6648 lari)
Banker.az bankın illik maliyyə hesabatına istinadla xəbər verir ki, bank 2023-cü ildə 53.3 mln. lari ekvivalentində faiz gəlir əldə etməklə 2022-ci ili  23 faiz üstələmiş oldu.
Törəmə bankın qeyd edilən müddətə qədər zərər edirdi və əsasən də yerli valyuta ilə olan əməliyyatlarda bu baş verirdi. Məsələn, 2022-ci ildə bank 2.09 mln. lari zərər etmişdi.
Yeri gəlmişkən, bankın bu bazarında yerli valyuta geosiyasi səbəblərdən xeyli dəyər qazanıb. 2022-ci ilin əvvəli dollara qarşı 3.1500 lari səviyyəsində olduğu halda, qeyd edilən ilin sonuna 17 faiz dəyər qazanaraq 2.6200 lariyə yüksəlib. Hazırda bir dollar 2.6572 lari səviyyəsindədir. Bu özü də dünyada dolların bahalaşdığı bir zamanda baş tutub. Məsələn, avro/dollar cütlüyü 2022-ci ilin əvvəli 1.12 səviyyəsində ticarət edildiyi halda, məzənnə paritet səviyyəyə baş vurduqdan sonra cari ildə 1.08 ətrafında ticarət edilməkdədir.
"PASHA Bank Georgia" 2023-cü il ərzində aktivlərini 15.62 mln. lari və ya 3 faiz artırmaqla 519.09 mln. lariyə qədər böyüdüb. Artıma əsas səbəb onun yerli valyutadakı aktivlərini yüksəltməsidir. Belə ki, bankın laridəki aktivləri son bir ildə 12 faiz artım sərgiləməklə 247.78 mln. lariyə çatıb. Laridə olan qiymətli kağızları bank üçün daha cəlbedici olub. Laridəki qiymətli kağızlar üzrə portfel son bir ildə 55 faiz artırılaraq 56.22 mln. lariyə çatıb. Bankın cəmi qiymətli kağızlar üzrə portfeli 65.23 mln. lari təşkil edir. Onun müştərilərə verdiyi kreditlərin həcmi 336.1mln. lari olmaqla öncəki ildən 5 faiz kiçilib.
"PASHA Bank Georgia" hesabat ilinin sonuna 422.4 mln. lari olduğunu açıqlayıb. Bunun 382.13mln. larisi depozitlərdir.
"PAŞA Bank Georgia" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 129 milyon laridir (81.8 milyon manat).

Banklar     Tarix: 31 yanvar 2024

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bitkoin dollarin kursu bu gun kripto biznes ideyalari