"PASHA Bank Türkiye" Azərbaycanın fond bazarından $25 milyonluq vəsait cəlb edir

"PASHA Holding" MMC-nin Türkiyədəki törəmə bankı "PASHA Yatırım Bankası Anonim Şirketi" (PASHA Bank Türkiye) Azərbaycanın fond bazarından vəsait cəlb etməyi planlaşdırır.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, "PASHA Bank Türkiye" hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 25 000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlar buraxacaq.

Beləliklə, bu paketin tam olaraq birjada yerləşdirilməsi alınarsa, ümumilikdə nominal dəyər 25 milyon dolları əhatə edəcək.
Emissiya prospekti və ya informasiya memorandumundakı sənəddə qeyd edilir ki, 18 ay üçün illik 6.19 faiz kupon ödənişləri vəd edilir.
Əsas anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Sənəddə qeyd edilir ki, Türkiyədə 2023-cü ildə bank tənzimləmə orqanı – BDDK və hökumət tərəfindən bank sektorunun tənzimləməsi dəyişmişdir. "PASHA Bank Türkiye"yə təsir edən tənzimləmə dəyişiklikləri aşağıdakılardan ibarətdir: Ümumi ƏDV-nin səviyyəsi 18%-dən 20%-yə qaldırılmışdır. Bu yeni dərəcə "PASHA Bank Türkiye"nin iştirak etdiyi maliyyə icarəsi əməliyyatlarına da təsir etmişdir və müştərilər üçün yeni ƏDV dərəcəsi ilə ödənişlərin həyata keçirilməsi cədvəlləri müəyyən edilmişdir. ƏDV dərəcəsində bu dəyişmə bankın aldığı xidmət və malların qiymətlərinə də təsir etdiyindən qiymət artımı yaranmışdır.
MALİYYƏ HESABATI
Banklar üçün 2023-cü ildə hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi 25%-dən 30%-ə qaldırılmışdır. "PASHA Bank Türkiye" də bank sektorundakı digər banklar kimi əldə etdiyi gəlirdən 2022-ci ildə daha çox vergi ödəyəcəkdir. Bütün bu mühüm dəyişikliklərə baxmayaraq "PASHA Bank Türkiye" 2023 ilini hədəflərindən daha yaxşı nəticə göstərərək yüksək mənfəət ilə bitirəcək.
Eyni zamanda Türkiyənin bütün bank sektoru da ili uğurla bitirmişdir. Türkiyə Banklar Birliyinə verilən hesabatların hələ audit olunmamış məlumatlarına görə: 2023-cü ilin dekabrında Türkiyə Bank Sektorunun aktiv həcmi 23.52 mlrd. lirə təşkil etmişdir. Sektorun aktiv həcmi 2022-ci illə müqayisədə 9.17 mlrd. lirə, yəni 65% artıb.
2023-cü ilin 6 dekabrında kreditlərin ümumi həcmi 54%, aktivlərin həcmi isə 67.4% artıb. Bu dövrdə kreditlərin könvertasiya əmsalı 1.60% təşkil etmişdir.
Bankların maliyyələşmə mənbələri arasında ən böyük mənbəyi depozitlər təşkil edir və 2022-ci ilin sonu ilə müqayisədə bu göstərici 67.6% artaraq 14.85 mlrd. lirə təşkil etmişdir. 2022-ci ilin sonuna görə kapitalı cəmi 50.9% artaraq 2.12 mlrd. lirə təşkil edərkən, 2023-cü ilin dekabrına sektorun dövr üçün xalis mənfəəti 603.63 milyon TL, kapital yetərliliyi əmsalı isə 18.85% təşkil etmişdir.

Banklar     Tarix: 13 may 2024

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler emlak xeberleri bank faizleri dollar mezenne valyuta kurslari