"PASHA Private Banking"in sponsorluğu ilə Vaqif Mustafazadəyə həsr olunmuş xatirə gecəsi keçirildi
®Azərbayacanda yüksək gəlirli müştərilərə xidmət göstərən "PASHA Private Banking", caz muğamının banisi, məşhur bəstəkar və pianoçu Vaqif Mustafazadənin vəfatının 45-ci ildönümünə həsr olunmuş xatirə gecəsinə baş sponsor qismində dəstək verib.
15 dekabrda Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən "Maestroya Sevgi ilə" adlı musiqili gecədə Vaqif Mustafazadənin unikal irsinə aid nümunələr və dünya caz klassiklərinin dəyərli əsərləri səslənib.
Konsert proqramında Mustafazadənin "Muğam", "Xatirələr" (Səmərqənd Naxışları), "Əzizənin intizarında", "Bahar", "Vaqif Mustafazadəyə həsr olunmuş əsər", "Aman ovçu", John Coltranenin "Giant Steps" və "Softly as in a Morning Sunrise" əsərləri ifa olunub.
"PAŞA Bank" milli-mədəni irsin qorunması və beynəlxalq miqyasda təbliğ olunması istiqamətində həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələri ilə seçilir. Bank, Azərbaycanın mədəni dəyərlərinin dünya miqyasında tanınmasına dəstək olmaq məqsədilə müxtəlif təşəbbüsləri gerçəkləşdirir və gələcək nəsillərə dəyərli irsin ötürülməsinə töhfə verir.




/ banker.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ən çox gəlir gətirən onlayn bizneslər
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın əh bahalı brendləri - TOP-10
SMM nə deməkdir?