"Premium Bank" nizamnamə kapitalını artırdı

"Premium Bank" ASC-nin səhmdarları Bankın maliyyə dayanıqlığının yüksək səviyyədə olmasını, strateji hədəflərə nail olmasını daim diqqət mərkəzində saxlayır.
Marja.az-ın əldə etdiyi məlumata görə, bu çərçivədə "Premium Bank"ın nizamnamə kapitalı artırılıb.
Belə ki, Bank əlavə olaraq nominal dəyəri 154 manat olan 129870 ədəd adi səhm emissiya etmiş və bununla da nizamnamə kapitalını 19 milyon 999 min 980 manat artıraraq 174 milyon 601 min 350 manata çatdırb.
Xatırladaq ki, Mərkəzi Bankın prudensial normativi ilə bankların minimum məcmu kapital tələbi 50  milyon manatdır.
Qeyd edək ki, ötən il "Premium Bank" ASC-nin İnkişaf strategiyası da yenilənib. Strategiyaya əsasən Bank daha çox riteyl (pərakəndə) bankçılığı fokuslanır. Həmçinin, rəqəmsal xidmətlərə investisiyanın artırılması, rəqabətə davamlı və çevik yeni bank məhsullarının əhaliyə təqdim edilməsi prosesi icra edilir. Yeni Strategiya üzrə aparılan işlərin nəticəsi olaraq "Premium Bank"ın istehlak kreditləri portfeli artıb. Belə ki, 2025-ci ilin 1-ci rübündə 2024-cü ilin 1-ci rübü ilə müqayisədə  "Premium Bank" istehlak kreditləri portfeli 3 milyon 778 min manat və ya 9,3% artaraq  31 mart 2025-ci il tarixində 44 milyon manata çatıb."Premium Bank" ASC 2025-ci ilin 1-ci rübünü 1 milyon 582 min manat xalis mənfəət ilə başa vurub.

Banklar     Tarix: 29 aprel 2025

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun bitcoin internetden pul qazanmaq