"Premium Bank"ın ilk yarımildə 9 mln. manat üzərində xalis mənfəət əldə edib
"Premium Bank" ASC 2026-cı ilin ilk yarısını 9,3 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon manat və ya 47,8% çoxdur.
Banker.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri illik müqayisədə 12,1% artaraq 20,3 milyon manata yüksəlib. Faiz xərcləri isə cəmi 1,9% artımla 5,9 milyon manat təşkil edib. Nəticədə xalis faiz gəlirləri 16,9% artaraq 14,4 milyon manata çatıb.
Bankın qeyri-faiz gəlirləri də müsbət dinamika nümayiş etdirərək 27,1% artımla 9,7 milyon manata yüksəlib. Bu dövrdə alınan haqq və komissiya gəlirləri 2,3% artaraq 6,5 milyon manata, xarici valyuta əməliyyatlarından əldə olunan gəlirlər isə 22% artaraq 1,6 milyon manata çatıb.
Eyni zamanda, qeyri-faiz xərcləri 6,2% artaraq 14,2 milyon manat, mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlara ayırmalar isə 303 min manatdan 618 min manata yüksəlib. Buna baxmayaraq, bankın mənfəət vergisindən əvvəlki mənfəəti 47,8% artaraq 9,3 milyon manat olub və hesabat dövrünü eyni məbləğdə xalis mənfəətlə başa vurub.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları