Prezidentin köməkçisi: "Azərbaycanda əməkhaqqının ÜDM-dəki payı 17%-i ötüb"
2018-2022-ci illərdə Azərbaycanda əməkhaqqının ümumi daxili məhsuldakı (ÜDM) payı 12,7%-dən 17,1%-ə yüksəlib.
"Report" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov bildirib.
Onun sözlərinə görə, iqtisadi artımın nəticələrindən insanların faydalanması getdikcə daha da çoxalır: "Azərbaycan dövlətinin sosial mahiyyətini göstərən əsas amillərdən biri də median əməkhaqqı orta əməkhaqqından, minimum əməkhaqqı isə median əməkhaqqından üstün templə artır. 2018-2022-ci illərdə orta əməkhaqqı 41%, median əməkhaqqı 86%, minimum əməkhaqqı isə 2,3 dəfə artb.
Burdan çıxan əsas nəticə odur ki, əhalinin daha az gəlirli hissələrinin əməkhaqları daha üstün templə çoxalır. Bu bir tərəfdən yoxsulluğun azalması , digər tərəfdən isə orta təbəqənin güclənməsi anlamına gəlir".

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Bill Qeyts kimdir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes plan necə yazılır?
SMM nə deməkdir?