"Pul siyasəti icmalı" yenilənmiş məzmunda ictimaiyyətin diqqətinə çatdırılır
Məlum olduğu kimi, Mərkəzi Bank tərəfindən rüblük əsasda "Pul siyasəti icmalı" hazırlanaraq Bankın rəsmi internet səhifəsində yerləşdirilir.
İcmal vasitəsilə Mərkəzi Bankın cari makroiqtisadi vəziyyət barədə təhlilləri, həyata keçirilən pul siyasətinin rolu və onun təsirləri geniş oxucu kütləsinin diqqətinə çatdırılır. İcmalın hədəf auditoriyası geniş ictimaiyyəti, akademik dairələri, medianı, müstəqil ekspertləri, jurnalistləri, tələbələri və digər maraqlı tərəfləri əhatə edir. Bu sahədə beynəlxalq təcrübə daim araşdırılır, icmalın strukturunda və məzmununda təkmilləşdirmə işləri aparılır.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, 2024-cü il üzrə son hesabat dövründən başlayaraq qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla "Pul siyasəti icmalı"nın strukturunda və məzmununda bir sıra yeniliklər edilib. Dəyişikliklər əsasən makroiqtisadi proqnozlar bölməsinin əlavə olunmasını və monetar sferada gedən proseslərin daha ətraflı təhlilini əhatə edir. Belə ki, icmalda Mərkəzi Bankın inflyasiya və iqtisadi artım üzrə son proqnozları öz əksini tapıb. Bundan başqa, icmalda monetar şəraitin əvvəlki icmalla müqayisədə daha ətraflı təhlili verilib, həmçinin pul bazarı, depozit və kredit bazarı bölmələri əlavə edilib. Pul bazarı bölməsində pul bazarındakı faizlərin dinamikası, eləcə də pul bazarının aktivlik göstəriciləri öz əksini tapıb.
Mərkəzi Bank tərəfindən "Pul siyasəti icmalı"nın təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Pul Siyasəti İcmalının tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: İcmal / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Az pulla hansı işi qurmaq olar?
Marketinq nə demədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?