Pulsuz olan yeni "akart" nədir və hansı üstünlükləri var? – İZAH

Pulsuz olan yeni Yeni "aKart" rəqəmsal kartı təqdim edilib. Rəqəmsal kart həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulub. "PAŞA Bank", "VİSA", "AzİnTelecom" ilə birgə əməkdaşlıqda həyata keçirilir. PAŞA Bank, eyni zamanda, rəqəmsal kartın emitenti qismində çıxış edir.
"akart"ın hansı üstünlükləri var?
Kart PULSUZDUR. Supermarket 5 %, Aptek 5 %, YDM və Avtoehtiyat hissələri üzrə 5 %, digər kateqoriyalarda isə 1 % keşbek qazanmaq imkanı var. Keşbek üçün kateqoriya seçimi, minimal dövriyyə tələbi yoxdur, keşbekin köçməsi üçün əlavə müddət gözləməyə də ehtiyac yoxdur və keşbekin 1 qəpik olsa da, karta köçürmə imkanı var. Karta köçürmə, nağdlaşdırma və mədaxil komissiyasızdır.
Keşbek limiti digər banklarda 50 ₼, "aKart"da 100 ₼-dır. Keşbeki nağdlaşdırmaq üçün digər banklarda keşbekin 1 ₼, 10 ₼ olduğunu gözləmək lazım olacaq, ya da yeni ayın, ya da ki, yeni həftənin əvvəlini gözləmək lazım olacaq ki, nağdlaşdırasan, "aKart"da elə deyil, keşbek dərhal gəlir və 0,01 ₼ olan kimi karta dərhal köçürmək mümkündür, özü də əlavə müddət gözləmədən, minimal dövriyyə tələbi də olmadan.
"akart"ın balansını necə artırmaq olar?
Kart rəqəmsaldır və nağdsız ödənişləri "Apple Pay" və "Google Pay" ilə NFC dəstəkləyən cihazlarda etmək mümkündür. Kart maksimum 5 iş günü ərzində hazır olur. "eManat" vasitəsilə mədaxil etmək mümkündür, digər hallarda köçürmə vasitəsilə balans artırmaq olar. Nağdlaşdırma NFC dəstəkləyən cihazlar və ATM-lərlə mümkündür. Nağdlaşdırmada komissiya və ya hər hansı limit tətbiq edilsə, yalnız banka məxsus ATM tərəfindən nəzərə tutulur. Kart 3 illikdir və 3 ildən sonra yenidən pulsuz olacaq.
Köçürmə də faizsizdir və gündəlik limit 3000 ₼ təşkil edir, digər bank kartlarında bu aylıq limit olaraq qeyd olunur. Nağdlaşdırma da limitsiz və komissiyasızdır.
"Öz müştərini tanı" texnologiyası ilə İstifadəçiyə rahat interfeys ilə sənədlərin onlayn imzalanması təmin edilir. Üstəlik heç bir yerə getməyə ehtiyac yoxdur.
"akart"ın qiyməti nə qədər təşkil edir?
Yenicə təqdim edilən "akart" tamamilə pulsuzdur.
"akart"ın etibarlılıq müddəti nə qədərdir?
"akart"ın istifadə müddəti 3 il təşkil edir. İstifadə müddəti bitdikdən sonra kartın balansında mövcud olan məbləğ saxlanılır və yeni kart aktivləşdirilən zaman avtomatik olaraq balansa köçürülür. Abunəçi yeni kartı aktivləşdirməsə, balansda saxlanılan pul vəsaiti bloklanacaq.
Abunəçi eyni anda bir neçə "akart"a sahib ola bilər?
Hazırda hər bir abunəçinin adında yalnız 1 "akart" ola bilər.
"akart"ı necə əldə etmək olar?
Kartı əldə etmək üçün "Kabinetim" tətbiqindən onlayn çata müraciət edərək əldə edə bilərsiniz.
"akart" hansı müddət ərzində təqdim edilir?
"akart" müraciət edilən kimi dərhal təqdim olunur.
Hansı hallarda "akart" abunəçiyə təqdim edilmir?
18 yaşına çatmamış abunəçilərə "akart" təqdim edilmir. Abunəçi Azərbaycan vətəndaşı deyilsə, "akart"ı əldə edə bilməz. / banker.az

Xəbərlər     Tarix: 22 noyabr 2022

Oxşar xəbərlər

Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar

Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı

Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib. Bu barədə MMX-nin 25 sentyabr 2026-cı il tarixli qərarına istinadən xəbər verir. Yeni qərara əsasən, maliyyə institutlarını

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət


iqtisadi xeberler en son xeberler kripto dollar manat kursu bitcoin qiymeti