Qadınların kriptovalyuta birjasında iştirakı stimullaşdırılır 

Qadınların kriptovalyuta birjasında iştirakı stimullaşdırılır Dünyanın ən böyük kriptovalyuta birjası olan Binance 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadınların iqtisadi sahədə gücləndirilməsini dəstəkləyən layihələri davam etdirir.
FED.az xəbər verir ki, "Binance Charity" Xeyriyyə Fondu 2022-ci ildə qadınlar üçün 36 mindən çox xüsusi Web3 təqaüdünü maliyyələşdirmək məqsədilə 2 milyon dollar məbləğində vəsait ianə edib. 
Kriptovalyuta sahiblərinin yalnız 37%-nin qadınlar olduğunu nəzərə alaraq şirkət kriptovalyuta birjasında gender fərqini aradan qaldırmağa çalışır. Bunun üçün həyata keçirilən təlim və təhsil proqramlarının əsas məqsədi daha çox qadının biznesə qoşulmasını təmin etmək, onların karyera inkişafına dəstək olmaqdır. 
Universitetlərdə, məktəblərdə və qeyri-kommersiya təşkilatlarında blokçeyn və kriptovalyuta ilə bağlı kurslarda təhsil almaq məqsədilə 2022-ci ildə Almaniya, Nigeriya, Keniya, Braziliya, Fransa, Cənubi Afrika, Avstraliya və Ukraynadan olan qadınlara təqaüdlər ayrılıb.
 "Binance Charity" Xeyriyyə Fondu həmçinin Beynəlxalq Qadınlar Günü şərəfinə qadınların Web3 təhsil və təlimini dəstəkləmək məqsədilə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyinə (GITA) əlavə 100 min ABŞ dolları məbləğində ianə edəcək. 
Binance 2017-ci ildə Yi He tərəfindən təsis edilib və bu, şirkəti dünyada təsisçiləri qadın olan azsaylı kriptovalyuta şirkətlərindən birinə çevirib. Aparıcı kriptoşirkətlərdə kriptovalyuta təsisçilərinin 5%-dən azını qadınlar təşkil edir. 2022-ci ilə olan məlumata əsasən, 10 mindən çox kriptovalyuta şirkətinin təxminən 292-sinin təsisçisi qadındır.
"Biznesdə azsaylı qadın liderlərdən biri kimi hesab edirəm ki, "Binance Charity" Xeyriyyə Fondu və Binance Academy vasitəsilə daha çox qadına Web3 və blokçeyn texnologiyalarını anlamaqda yardım etmək missiyamız var. Təlim və təcrübə keçmə proqramlarımız biznesdə sıçrayış etmək üçün gənc qadınları bilik və bacarıqlarla təchiz etmək məqsədi daşıyır", − bu barədə Binance-in həmtəsisçisi və marketinq üzrə direktoru Yi He açıqlama verib. "İnanırıq ki, ideyası olan hər kəs, cinsindən asılı olmayaraq, dünyanı dəyişə bilər. Ümid edirik ki, bu öhdəliklər daha çox qadının innovasiyaların önündə getməsinə və biznesimizdə dəyişiklik etməsinə səbəb olacaq".
Qeyd edək ki, Binance əlavə üsul kimi yeni kriptovalyuta istifadəçilərini qarşılamaq məqsədilə IWD2023 kodu ilə mart ayı ərzində ticarət haqlarından imtina edib.

Kriptovalyuta     Tarix: 07 mart 2023

Oxşar xəbərlər

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"

"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT

Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u

OKX kriptokartına girişi genişləndirir: Alış-verişi steyblkoinlərlə necə ödəmək olar

OKX ödəniş kartının coğrafiyasını genişləndirir: 22 iyuldan etibarən daha çox istifadəçi onu əldə edə biləcək. Kart onlayn alış-verişləri, abunəlikləri, xarici xidmətləri və gündəlik xərcləri steyblkoin balansından ödəməy

"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki,  "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8

Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?

Kriptovalyuta birjalarında P2P (Peer-to-Peer) formatında mütəmadi alış-satış fəaliyyəti ilə məşğul olaraq əldə etdiyim gəliri qanunvericiliyə uyğun şəkildə bəyan etməklə vergilərimi ödəmək istəyirəm. Qeyd edim ki, bu fəaliyyə

"Bitcoin" yenidən 78 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə ucuzlaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,59% ucuzlaşaraq 77 459,47 ABŞ dolların

DTX bu dəfə əsl "akula"ları tutub – 35 milyon manat cərimə!  

Azərbaycanın təhdükəsizlik orqanları ölkə tarixində indiyədək ən böyük qanunsuz maliyyə əməliyyatının üstünü açıblar. Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin-QARŞISI ALINIR. biznes və maliyy

"Bitcoin" 64 min dollara çatıb - SON qiymət

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb.   xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"


iqtisadi xeberler iqtisadiyyat xeberleri emlak xeberleri valyuta mezennesi internetden pul qazanmaq