Qarabağda Türkiyədən sonra ən çox işi İtaliya şirkətləri görür – ÖLKƏ ÜZRƏ 10 MİLYARD DOLLAR

Qarabağda Türkiyədən sonra ən çox işi İtaliya şirkətləri görür – ÖLKƏ ÜZRƏ 10 MİLYARD DOLLAR"İtaliya şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərində aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir".
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində bildirib.
Dövlət başçısı bildirib ki, Türkiyə şirkətlərinin birinci yerdə olması təbiidir, çünki Türkiyə Azərbaycanın müttəfiqi, yaxın dostu və qonşusudur və onların məşhur tikinti şirkətləri var. İkinci yerdə isə İtaliya şirkətləridir: "Mən sizə misal göstərə bilərəm. Məsələn, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə su elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. Şirkətin adı "Ansaldo"dur".
Prezident bildirib ki, daha bir İtaliya şirkəti bizim xahişimizlə Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək: "Beləliklə, bu, bizim münasibətlərimizin nə dərəcədə yaxın olduğunu göstərir. Çünki Şuşa hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Şuşada tikiləcək yeni məscidin layihəsi İtaliya şirkətinə həvalə olunub. Bu, o deməkdir ki, bizim aramızda çox yüksək dərəcədə etimad var və bu addımı atmışıq. Bizim böyük planlarımız da var. Məsələn, bərpaolunan - külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planlarımız var.
Dünən Baş nazirlə görüşüm zamanı biz İtaliya şirkətlərinin Azərbaycan tərəfindən maliyyələşdirilən və Azərbaycanda İtaliya şirkətlərinin icra etdiyi müqavilələrin dəyərini nəzərdən keçirdik. Həmin müqavilələrin dəyəri on milyard dollardan çoxdur. Beləliklə, İtaliya Azərbaycanda yaxşı təmsil olunub. Lakin əminəm ki, işğaldan azad olunan bölgələrdə Türkiyədən sonra öz ikinciliyini bütün yenidənqurma prosesi zamanı qoruyub saxlayacaq".

İnvestisiya     Tarix: 17 sentyabr 2022

Oxşar xəbərlər

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

Mənzil tikintisinə investisiya yatırımı 31%-dən çox azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mənzil tikintisi sahəsinə 207,7 milyon manat investisiya yatırılıb. Azərbaycan iqtisadiyyatına yatırımlar 19%-dən çox artıb. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistik

EBRD Azərbaycan üzrə investisiya portfelinin həcmini açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 2026-cı il oktyabrın 31-nə 879 milyon avro təşkil edib. Azərbaycan iqtisadiyyatı Gürcüstandan 3 dəfə böyük idi - Fərq 2 dəfəyə enib – YEN

AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır

Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu ili

Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. "Qarabağda bərpa və yenidənqurmaya dövlət büdcəsindən indiyədək 25.5 milyard manat ayrılıb". b

Qaraj qapısı biznesinə - $2 milyard yatıracaq

ABŞ-ın ən böyük private-equity şirkətlərindən olan "KKR" şirkəti yaşayış evlərinə xidmət göstərən "A1 Garage Door Service" şirkətini təxminən 2 milyard dollara almağa razılaşıb. xəbər verir ki, "Reuters"i

Britaniya Azərbaycanda layihələrin maliyyələşdirilməsi üçün ən azı 5 milyard funt sterlinq ayırmağa hazırdır

Böyük Britaniyanın İxrac Maliyyələşdirilməsi Agentliyinin (UK Export Finance – UKEF) Azərbaycan üzrə risk limiti ən azı 5 milyard funt sterlinq təşkil edir. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət nazir

Neft Fondu Perunun nəhəng enerji sirkətinə - "Inkia Energy"yə investisiya edib

Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "I Squared Capital" ("I Squared") ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektri

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib


iqtisadi xeberler bitkoin qiymeti bitkoin birbank online pul qazanmaq