"Qazprombank": "AMB pul-kredit siyasətinin sərtləşdirilməsi üzrə fasiləni uzadacaq"

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin iyulun 29-u keçiriləcək iclasında pul-kredit siyasətinin sərtləşdirilməsi üzrə fasilə uzadılacaq və uçot dərəcəsi 7,75 % səviyyəsində saxlanılacaq.
"Report" xəbər verir ki, bunu Rusiyanın "Qazprombank"ın Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçısı Gülnarə Xaydarşina deyib.
O, bu qərarın lehinə olan aşağıdakı dəlilləri göstərib:
- milli valyutada depozitlərin sabit dinamikası və dollarlaşma səviyyəsi;
- qeyri-monetar antiinflyasiya tədbirləri hesabına istehlak qiymətlərinin artımının sabitləşmə əlamətləri;
- daxili valyuta bazarında sabit vəziyyət.
"AMB-nin apreldə keçirilmiş və təkrar maliyyələşmə dərəcəsinin 7,75 % səviyyəsində saxlanıldığı əvvəlki iclasdan sonra risklər balansında ciddi dəyişikliklər baş verməyib və o, əvvəlki kimi inflyasiyanın sürətlənməsi istiqamətində hərəkət edib. İyun ayında istehlak qiymətlərinin indeksi AMB-nin hədəf diapazonunun xaricində qalaraq (4%+/-2 faiz bəndi) yuxarı həddi 820 baza bəndi, təkrar maliyyələşmə səviyyəsini 645 baza bəndi üstələyib. AMB-nin iyun iclasında bildirilmişdi ki, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya səviyyəsi artmaqda olsa da, cari əməliyyat hesabının müsbət saldosu və nominal valyuta məzənnəsinin artması idxal edilən inflyasiyanı əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Faiz dərəcəsində əvvəlki artımlar, manatın mübadilə məzənnəsinin sabitliyi və hökumətin həyata keçirdiyi qeyri-monetar antiinflyasiya tədbirləri inflyasiya risklərinin qarşısını alır", - "Qazprombank"ın iqtisadçısı deyib.
Aşağıda təkrar maliyyələşmə dərəcəsinin dəyişdirilməməsi haqqında qərarın lehinə olan dəlilləri daha ətraflı təqdim edirik.
Onun fikrincə, mənfi real dərəcəyə baxmayaraq, dollarlaşmanın əhəmiyyətli artım əlamətləri müşahidə olunmur, manatda saxlanılan depozitlərin dinamikası isə sabit olaraq qalır. AMB-nin məlumatlarına görə, may ayında əhalinin milli valyutadakı əmanətləri bir qədər (-1,9 % ay/aya) azalıb, lakin ilin əvvəlindən 14,2%, yaxud 31,4 % il/ilə artıb.
"Yüksək xarici risklərə baxmayaraq, pərakəndə depozitlərin dollarlaşması may ayında bir qədər artıb (41,2 %-dək), lakin mart ayında qeydə alınmış maksimumdan 1,1 faiz bəndi aşağı olub.
Xatırladım ki, aparıcı reytinq agentlikləri depozitlərin dollarlaşmasını Azərbaycanın suveren reytinqlərinə potensial təzyiq amillərindən biri kimi göstərir. Buna görə də, hesab edirik ki, dollarlaşmanın aşkar yüksəliş trendinin olmaması AMB-yə faiz dərəcələrinin artırılması ilə bağlı fasiləni uzatmağa və hökumətlə birlikdə qeyri-monetar antiinflyasiya tədbirlərinə köklənməyə imkan verir", - o deyib.
G.Xaydarşinanın sözlərinə görə, manatda depozitlərin müsbət dinamikası fonunda faiz dərəcəsinin olduğu kimi saxlanması haqqında qərar və dollarlaşmanın kəskin artımı ilə bağlı tendensiyanın olmaması Azərbaycanın suveren reytinqlərinə və avroistiqrazlarına təzyiq göstərməyəcək.

Maliyyə     Tarix: 28 iyul 2022

Oxşar xəbərlər

İrşad 2025-ci ildə də ən çox vergi ödəyənlər arasında

İrşad 2025-ci ildə də ölkənin ən çox vergi ödəyən şirkətləri sırasında yer alaraq Top 100 vergi ödəyicisi siyahısına daxil olub. Şirkət bununla ötən illərdə nümayiş etdirdiyi dayanıqlı inkişaf və iqtisadi aktivlik trendin

Azərbaycan ilk rübdə daha çox buğda alıb - 83 MİLYON DOLLAR XARİCƏ GEDİB

2026-cı ilin ilk 3 ayı ərzində (yanvar-mart) Azərbaycana 82 milyon 766 min dollar dəyərində 371 min 802 ton buğda idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir. 2025-ci ili

Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb

2026-cı ilin Yanvar ayında Azərbaycanın Rusiyadan idxalının dəyəri 164 milyon 882 min dollar təşkil edib ki, bu da ötən ilin Yanvar ayı ilə müqayisədə 2 dəfə azdır. Bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadə

Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb

Türkiyənin ümumi neft və neft məhsulları idxalı 2025-ci ilin dekabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 8,2 faiz artaraq 4 milyon 539 min 836 tona çatıb. Türkiyənin "Enerji Piyasası Düzenleme Kurumu"nu

Rusiya uçot dərəcəsini 15 faizə endirdi

Rusiya Mərkəzu Bankından verilən açıqlamada, iqtisadiyyatda balanslı artım prosesinə yaxınlaşıldığı qeyd edildi. Qiymət artımlarının, birdəfəlik amillərin təsiri ilə sürətlənməsindən sonra yenidən yavaşladığına işarə edilə

Azərkosmos-dan 2 ayda 3 milyon dollarlıq ixrac

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçün mart sayını təqdim edib. İcmala əsasən,  2026-cı ilin yanvar - fevral ayında Azərbaycan Respublikasının Kosmik Agentliy

Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 1 milyard 490 milyon 515 min 800 manat olub. Bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib. VTB-d

Azərbaycanın neft və qazdan gəlirləri kəskin azalıb - İXRACDA BÖYÜK GERİLƏMƏ

Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracı 2026-cı ilin Yanvar ayında 2025-ci ilin Yanvar ayı ilə müqayisədə dəyər ifadəsilə 825 milyon 22 min dollar və ya 29,5% azalaraq 1 milyard 967 milyon 456 min dollar

"Azpetrol LTD" MMC "Top 100" vergi ödəyicisi siyahısında 38-ci yerdə

"Azpetrol Ltd" MMC şirkəti 2025-ci ildə də ölkənin ən çox vergi ödəyən şirkətləri sırasında 38-ci yerdə olmaqla, "Top 100" vergi ödəyicisi siyahısına daxil olub. Marja xəbər verri ki, şirkət bununla ötə


iqtisadi xeberler internetden pul qazanmaq depozit faizleri dollar məzənnəsi bitcoin qiymeti