"Qazprombank" Azərbaycanda inflyasiyanın sabitləşməsinin amillərini açıqlayıb

"Azərbaycanda istehlak qiymətlərinin artımı iyunda sürətlənməkdə davam etsə də, stabilləşmə əlamətləri müşahidə olunub".
"Report" xəbər verir ki, bunu Rusiyanın "Qazprombank"ın Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina bildirib.
"İyunda inflyasiya may ayına nisbətən 0,5 faiz bəndi artaraq, əsasən ərzaq və xidmətlər seqmentlərində inflyasiya təzyiqlərinin artması səbəbindən illik müqayisədə 14,2 % təşkil edib. Azərbaycanda ərzaq inflyasiyası may ayı ilə müqayisədə 0,4 faiz bəndi artaraq illik 20,6 %-ə yüksəlib", - o qeyd edib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, qənnadı, çörək və makaron məmulatları, həmçinin ət, yağ-piy və süd məhsulları seqmentlərində inflyasiya təzyiqi davam edir. Eyni zamanda, mayda qeydə alınan 1,8 faiz bəndi artımla müqayisədə iyun ayında ərzaq qiymətlərində artım əhəmiyyətli dərəcədə azalıb. Görünür, buna səbəb digər amillərlə yanaşı, Azərbaycanın əsas qida tədarükçülərindən biri olan Rusiyada inflyasiyanın yavaşlamasıdır (may ayı ilə müqayisədə 1,2 faiz bəndi azalaraq illik 15,9 %-ə çatıb).
"Biz həmçinin qeyri-ərzaq sahəsində inflyasiyanın sabitləşməsinin əlamətlərini görürük. Buna manatın sabit məzənnəsi dəstək verir. Qeyd edək ki, sabit məzənnə Azərbaycanda makroiqtisadi sabitliyin əsas lövbəridir. Məzənnə 1 ABŞ dolları üçün 1,7 manat səviyyəsində saxlanılır. Bundan başqa, istehlak qiymətlərinin sabitləşməsinə inflyasiya ilə mübarizədə qeyri-monetar tədbirlər, o cümlədən ölkəyə tədarük edilən sosialyönümlü bir sıra məhsullarla bağlı idxal rüsumlarının ləğvi təsir göstərir. Xatırladaq ki, ölkədə iyunda qeyri-ərzaq seqmentində inflyasiya bir az artıb (may ilə müqayisədə 0,3 faiz bəndi artaraq illik 7,4 % təşkil edib).
Xidmət sektorunda inflyasiyanın illik 10,9 %-ə kimi sürətlənməsi (+0,6 faiz bəndi) güman ki, əksər karantin məhdudiyyətlərinin aradan qaldırılmasından sonra ilk dəfə turizm mövsümünün başlaması ilə əlaqədardır. Ən əhəmiyyətli tarif artımı mənzil kirayəsi, ictimai iaşə və nəqliyyat xidmətləri seqmentlərində müşahidə olunub", - G.Xaydarşina vurğulayıb.

Maliyyə     Tarix: 28 iyul 2022

Oxşar xəbərlər

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd


iqtisadi xeberler bitkoin dollarin kursu bu gun kripto biznes ideyalari