Qlobal bazarlar FED-in faiz qərarlarını gözləyirlər

Qlobal bazarlar FED-in faiz qərarlarını gözləyirlərQlobal bazarlar, ABŞ Prezidenti Donald Trampın siyasətləri ilə bağlı davam edən narahatlıqlar və bəzi bank üzvlərinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) gözlənilən faiz endirimi ilə bağlı təmkinli açıqlamaları səbəbiylə qarışıq notda olsa da, bütün gözlər FED sədri Jerome Powell-in bugünkü açıqlamalarındadır.

Biznes.az xəbər verir ki, FED-in faiz dərəcələrini azaltmağa davam edəcəyi ilə bağlı müsbət gözləntilərə baxmayaraq, bank üzvlərinin qarışıq açıqlamaları bankın siyasətləri ilə bağlı narahatlıqları artırır.

The Wall Street Journal-a verdiyi müsahibədə Atlanta Fed prezidenti Raphael Bostic inflyasiya ilə bağlı narahatlıqlar səbəbindən oktyabr ayında faiz dərəcələrinin yenidən aşağı salınmasını dəstəkləməkdə tərəddüd etdiyini bildirib.

Klivlend Fed prezidenti Beth Hammack də inflyasiyaya diqqətini saxladığını və faiz endirimlərinin ehtiyatlı olması lazım olduğunu bildirib.

Sent-Luis Fed-in sədri Alberto Musalem, pul siyasətinin həddən artıq boşalmasına səbəb olmadan faiz dərəcələrinin daha da aşağı salınması üçün məhdud imkanların olduğuna inandığını və ehtiyatlı addımların atılmasının lazım olduğunu bildirib. Trampın FED İdarə Heyətinə yeni təyin etdiyi Stiven Miran, tariflərin, immiqrasiya məhdudiyyətlərinin və vergi siyasətinin neytral faiz dərəcəsini aşağı saldığını və buna görə də iqtisadiyyata zərər verməmək üçün faiz dərəcələrinin çox aşağı olması lazım olduğunu müdafiə edib. Analitiklər isə bildiriblər ki, FED sədri Cerom Pauellin bugünkü açıqlamaları bazarların istiqamətini müəyyən edə bilər.

Maliyyə     Tarix: 23 sentyabr 2025

Oxşar xəbərlər

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti