Qlobal bazarlarda son vəziyyət
Dünən major valyutalar qarşısında bir qədər ucuzlaşan dollar, bugün öz mövqelərinin bir qismini qaytara bilib. Belə ki, EUR/USD və GBP/USD valyuta cütlükləri korrektiv artımdan sonra, trendin əsas istiqamətində hərəkəti davam etdirirlər və müvafiq olaraq 1.0823 və 1.2705 səviyyələrində ticarət olunurlar. USD/JPY valyuta cütlüyündəki eniş tendensiyası davam edir. Hal-hazırda cütlük 147.360 səviyyəsində ticarət olunur.
Bazar ertəsi axşam qızılın qiyməti ABŞ-da Federal Ehtiyatlar Sisteminin (FED) toplantısı öncəsində yüksəlir. Nyu-Yorkun "Comex" birjasında aprel ayı üzrə qızıl fyuçerslərinin qiyməti 7.9$ və ya 0.39% artaraq 1 troya unsiyası üçün 2 044$-a, gümüşün mart fyuçerslərinin qiyməti isə 0.83% artaraq 1 unsiya üçün 23.062$-a çatıb.
Bazar günü İordaniyanın şimal-şərqində ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində üç amerikalı hərbçi həlak olub. Bu, regionda vəziyyətin mümkün gərginləşməsinin və neft bazarı üçün əlavə risklərin siqnalı oldu. Lakin buna baxmayaraq, dünya bazarlarında neftin qiymətləri ötən həftə bahalaşdıqdan sonra bazar ertəsi axşam nəzərəçarpacaq dərəcədə ucuzlaşıb.
Bugün investorların diqqəti ABŞ-da dərc olunacaq "CB" İstehlakçı İnamı indeksində və JOLTS tərəfindən açıqlanacaq Boş İş Yerləri Hesabatı göstəricilərində olacaq. Həmçinin Almaniyada və Avrozonada ÜDM göstəriciləridə maraqla gözləniləcək hadisələrdir. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
IMEI kod nədir?
Shopify-da necə satışa başlamaq olar?