Qlobal bazarlarda son vəziyyət
Dünən ABŞ-da statistik məlumatların dərcindən sonra dollar avro, funt və yen qarşısında artım tempini sürətləndirdi, lakin sonra bir qədər ucuzlaşaraq öz mövqelərini itirdi. Hal-hazırda EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.0753, 1.2552 və 148.454 hədlərində ticarət olunurlar. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə) 0.57% artaraq 104.51 bənd təşkil edib.
Təchizat İdarəetmə İnstitutunun (ISM) açıqladığı məlumatlara əsasən, ABŞ-ın xidmət sektoru üzrə PMI göstəricisi dekabr ayında 50.5 bənd səviyyəsindən yanvar ayında 53.4 bənd səviyyəsinə qədər yüksəlib.
Həmçinin dünən dolların bahalaşması fonunda, qızıl 2015$ səviyyəsinə qədər ucuzlaşdı, lakin sonra 2029$-a qədər artım tendensiyası göstərdi. Nyu-Yorkun "Comex" birjasında qızılın aprel fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 0.85 dollar və ya 0.04% azalaraq 2042$ təşkil edib.
Bazar iştirakçıları geosiyasi amilləri, o cümlədən Yaxın Şərqdəki gərginliyi qiymətləndirməyə davam edirlər. Bunun fonunda ənənəvi olaraq "güvənli liman" olan qızıla tələbin artdığını görə bilərik. Qızıl üçün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasəti digər mühüm amil kimi qalmağa davam edir. "CME Group"-un məlumatına əsasən, analitiklərin təxminən 83%-i FED-in mart ayında faiz dərəcəsini yenidən olduğu səviyyədə saxlayacağını və əsasən azalmanın may ayı üçün baş tutacağını proqnozlaşdırır.
Eləcə də, bugün Böyük Britaniyadan və Kanadadan açıqlanacaq statistik məlumatlar investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
IMEI kod nədir?
Shopify-da necə satışa başlamaq olar?