Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətÖtən həftə FOMC-un son iclasının protokolları ilə yanaşı FED rəsmilərinin açıqlamaları fonunda faiz endirimi ehtimallarının ertələnməsinə dair proqnozlar dolların qiymətlərinə dəstək olur. Cari həftə ərzində isə ABŞ-da və Avrozonada açıqlanacaq inflyasiya, ABŞ-da dərc olunacaq ÜDM göstəriciləri birjalara yön verəcək. 
ABŞ-da inflyasiya
Bu həftə cümə axşamı açıqlanacaq yanvar ayı üzrə Şəxsi İstehlak Xərcləri Qiymət İndeksi (PCE) məlumatları ilə inflyasiya görünüşü yenidən gündəmə gələcək.
Son zamanlar açıqlanan istehlak qiymətləri (CPİ), istehsalçı qiymətləri (PPİ) və əmək bazarı kimi iqtisadi məlumatlar göstərir ki, ABŞ iqtisadiyyatı yüksək faiz dərəcələrinə baxmayaraq uzun müddətdir gücünü qoruyub saxlayır.
Bu vəziyyət investorların FED-in faiz endiriminin vaxtı ilə bağlı gözləntilərini təxirə salmasına səbəb olub.
İqtisadçılar yanvar ayı üçün əvvəlki aydakı 0.2%-lik artımdan sonra 0.3%-lik artım olacağını ehtimal edirlər. Proqnozlaşdırılandan daha yüksək açıqlanacaq inflyasiya göstəriciləri FED-in faiz endirimlərini daha da təxirə salmasına səbəb ola bilər.
Həmçinin Amerikada açıqlanacaq Uzunmüddətli İstifadə üçün Nəzərdə Tutulmuş Məhsullar Üzrə Sifarişlərin Həcmi, İstehsal Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri, "Conference Board" və Miçiqan Universitetinin İstehlakçı Güvən İndeksi Hesabatları dolların major valyutalar qarşısındakı qiymətlərinə ciddi təsir edə bilər.
EUR 
Avrozonada martın 7-də keçiriləcək Avropa Mərkəzi Bankının iclasından əvvəl son inflyasiya məlumatları cümə günü açıqlanacaq.
Avrozonada və Almaniyada 2022-ci ildə iki rəqəmli rəqəmlərə yüksələn İstehlak Qiymətləri İndeksi ECB-nin 2%-lik hədəfinə doğru enmə əlamətləri göstərib, dekabrdakı 2.9%-dən yanvarda 2.8%-ə düşüb. Fevral ayında isə bu göstəricinin 2.5%-ə qədər azalacağı proqnozlaşdırılır. İstehlak Qiymətləri Baza İndeksinin isə illik müqayisədə 3.3%-dən 2.9%-ə qədər geriləyəcəyi ehtimal olunur.
ECB inflyasiyanın sərt pul-kredit siyasətini yumşaltmağa başlamaq üçün hələ də çox yüksək olduğunu bildirərək, keçən sentyabr ayından bəri faiz dərəcələrini rekord səviyyədə sabit saxlayır.
Xatırladaq ki, "Bundesbank" sədri Yoahim Nagel, cümə günü xəbərdarlıq edib ki, ECB, xüsusilə ikinci rübdə vacib əmək haqqı məlumatlarından əvvəl faiz dərəcələrini vaxtından əvvəl azaltmaq istəyinə müqavimət göstərməlidir.
Bu həftə həmçinin Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı, Avrozonada və Almaniyada işsizlik səviyyəsi göstəriciləri də investorların diqqət mərkəzində olacaq.
Təhlillərə əsasən, ötən həftəni korrektiv artımlarla yadda qalan EURUSD məzənnəsində "ayılar" qiyməti 1.08$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
GBP
Ötən həftə funt da korrektiv bahalaşma ilə yadda qaldı. Cari həftə ərzində Amerikada, Avrozonada və Almaniyada açıqlanacaq iqtisadi göstəricilər funt-sterlinqin də dünya birjalarındakı qiymətlərinə təsir edə bilər. 
NEFT
Cümə günü FED rəsmilərinin faiz dərəcələrinin endirilməsinin ən azı iki ay gecikdirilə biləcəyini açıqlamalarından sonra neft qiymətləri təxminən 3% ucuzlaşdı.
FED-in qubernatoru Kristofer Uoller cümə axşamı bildirib ki, FED rəsmiləri ABŞ-da faiz dərəcələrinin endirilməsini ən azı bir neçə ay daha təxirə salmalıdırlar. Analitiklərin fikrincə bu da, iqtisadi artımı ləngidə və neft tələbini azalda bilər.
Həftəlik əsasda "Brent" nefti 2%-ə yaxın, "WTI" nefti isə 3%-dən çox ucuzlaşıb. Bununla belə, yanacağa tələbin göstəriciləri və təkliflə bağlı narahatlıqlar yaxın günlərdə qiymətləri canlandıra bilər.
Ötən həftəyə artımlarla başlayan "WTI" və "Brent" markalı neft daha sonra bir qədər ucuzlaşıb və həftəlik şamlarını müvafiq olaraq, 76.80$ və 81.90$ səviyyələrində bağladı. Lakin ABŞ, İngiltərə və Almaniyanın Qızıl dənizdə aktiv hərbi əməliyyatlara başlaması nəticəsində regionda gərginliyin artması fonunda neft qiymətlərində bahalaşma davam edə bilər. 
XAU/USD
Ötən həftə ərzində dollar qarşısında kəskin bahalaşan qızıl, 2041$ həddini test etdikdən sonra bir qədər ucuzlaşdı və həftəlik şamını 2035$ səviyyəsində bağladı. Ehtimal olunur ki, 2041$ həddi qırılacağı təqdirdə, qızıl 2051$ və 2061$ hədlərinə kimi bahalaşa bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 26 fevral 2024

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki


iqtisadi xeberler dollar mezenne online pul qazanmaq pul qazanmaq bitkoin