Qlobal bazarlarda son vəziyyət
EUR/USD valyuta cütlüyü son iki həftə ərzində 1.0800 və 1.0870 diapazonunda ticarət olunurdu. Lakin AMB-nin qarşıdakı faiz qərarının və dünən ABŞ-da və Avrozonada dərc olunan statistik məlumatların fonunda EUR/USD ilk öncə 1.0914 səviyyəsini test etdi, sonra isə 1.0893 səviyyəsinə qədər geri döndü. Hal-hazırda valyuta cütlüyü 1.0904 səviyyəsində ticarət olunur.
Dünən ABŞ-da "JOLTS" Boş İş Yerləri Hesabatı proqnozların üzərində açıqlandı. Ekspertlər göstəricinin 8.8 milyon səviyyəsində dərc olunmasını proqnozlaşdırsalar da, göstərici 8.863 milyon səviyyəsində dərc olundu. Bu da, öz növbəsində dolların qiymətlərinə bir qədər dəstək oldu.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qızılın qiyməti səkkiz gün ardıcıl olaraq bahalaşaraq, 2160$ həddinə qalxıb və yeni tarixi maksimum səviyyəsinə çatıb. Hal-hazırda qızıl 2157$ səviyyəsində ticarət olunur. Dünya bazarında neftin qiyməti bir gün əvvəl 1% bahalaşdıqdan sonra, dünən ABŞ-da kommersiya məqsədli neft ehtiyatları haqqında hesabatın dərc olunmasından sonra, cümə axşamı səhər bir qədər ucuzlaşıb. Hal-hazırda "Brent" markalı neftin bir barrel üçün qiyməti 83.60$ səviyyəsində, "WTI" markalı neftin isə bir barrel üçün qiyməti 79.20$ səviyyəsində qərarlaşıb.
İnvestorlar ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin şərhlərini qiymətləndirməyə davam edirlər. Bir gün əvvəl monetar siyasət ilə bağlı Konqresə təqdim etdiyi hesabatda o, ABŞ iqtisadiyyatının gözləntilərə uyğun inkişafını davam etdirəcəyi təqdirdə bu il monetar məhdudiyyətlərin yumşaldılmasının məqsədəuyğunluğunu vurğulamışdı. Bundan əlavə, FED sədri qeyd edib ki, bu sərtləşmə dövründə faiz dərəcəsi çox güman ki, pik səviyyəsindədir.
Bugün AMB-nin faiz qərarı və AMB sədri Kristin Laqardın çıxışı bazar iştirakçılarının diqqət mərkəzində olacaq əsas hadisələrdəndirlər. Həmçinin ABŞ-da açıqlanacaq İşsizlik Müavinətı Üzrə Ərizələrin Sayı, Ticarət Saldosu, İdxal və İxrac göstəriciləri investorların maraqla gözlədikləri göstəricilərdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, bugün Bakı vaxtı ilə saat 19:00-da FED sədri Cerom Pavelin çıxışı olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Biznes plan necə yazılır?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Necə Bitcoin almaq olar?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?