Qlobal bazarlarda son vəziyyət
Yaponiya hökumətinin verdiyi məlumatlara əsasən, ölkənin ÜDM-i, ilkin hesablamalara görə, ötən rübdə illik ifadədə 2% azalıb. Analitiklər isə cəmi 1.5%-lik azalma proqnozlaşdırmışdılar. Əvvəlki rüb ilə müqayisədə Yaponiyanın ÜDM-i 0.5% azalıb. Belə ki, dolların yen qarşısında məzənnəsi günü 154.570 səviyyəsində açmış olsa da, hal-hazırda 154.050 səviyyəsində ticarət olunur.
Dünən ABŞ-da illik inflyasiyanın ötən ay ilə müqayisədə aprel ayında 3.5%-dən 3.4%-ə qədər yavaşlaması barədə məlumatlar açıqlandı. Eyni zamanda, aprel ayında istehlak qiymətləri proqnozların altında açıqlandı. Ötən ay 0.4%-lik artımla dərc olunan göstərici, aprel ayında 0.3% artıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ötən gün 1.6%-lik artım göstərən qızıl qiymətləri, cümə axşamı günü səhər demək olar ki, dəyişməz olaraq qalırlar. Dəyərli metalın qiyməti tarixi maksimum həddi olan 2431$ səviyyəsini hələ ki aşa bilmir. Həmçinin Nyu-York "Comex" birjasında iyun ayı üzrə qızıl fyuçerslərinin qiyməti simvolik olaraq 0.95$ və ya 0.04% artaraq, 1 troya unsiyası üçün 2395.85$ təşkil edir. İyul ayı üzrə gümüş fyuçerslərinin qiyməti isə 0.48% bahalaşaraq, bir unsiya üçün 29.87$ olub.
Bugün bazar iştirakçıları ABŞ Federal Ehtiyatlar Sistemi tərəfindən açıqlanacaq sənaye istehsalının həcminə dair məlumatları diqqətlə izləyəcəklər. Analitiklərin fikrincə, göstərici aylıq müqayisədə 0.1% artıb. Müvafiq məlumatlar Bakı vaxtı ilə saat 17:15-də dərc ediləcək.
Eləcə də, ABŞ-ın Ticarət Departamenti aprel ayında ölkədə yeni tikilən mənzillərin sayı ilə bağlı statistik rəqəmləri yayımlayacaq. Analitiklər ABŞ-da aprel ayında tikintisinə başlanan yeni evlərin sayının mart ayı ilə müqayisədə 1.321 milyondan 1.42 milyona qədər artdığını ehtimal edirlər. Eyni zamanda, ABŞ-ın Əmək Departamenti İşsizliklə Müavinəti üçün Müraciət Edənlərin Sayını dərc edəcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Az pulla hansı işi qurmaq olar?
Marketinq nə demədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?