Qlobal bazarlarda son vəziyyət
Çərşənbə günü səhər Yaponiyadan statistik məlumatların proqnozların altında dərc olunması fonunda, Yaponiya yeni dollar qarşısında bir qədər dəyər itirib. Belə ki, dünən gün ərzində 155.840 səviyyəsinə qədər eniş etmiş USDJPY valyuta cütlüyü, bugün səhər saatlarında 156.320 səviyyəsinə qədər bahalaşıb. EURUSD və GBPUSD cütlükləri isə müvafiq olaraq 1.0854 və 1.2710 səviyyələrində qərarlaşıblar. Dollar indeksi 0.01% azalaraq 104.65 bənd təşkil edib.
Analitiklər Yaponiyanın aprel ayında ixracatının 11.1% artdığını proqnozlaşdırsalar da, illik müqayisədə göstərici 8.3% artıb. Hesabat ayında ölkəyə idxal isə 8.3% artıb. Ekspertlər 9%-lik artım ehtimal edirdilər. Cümə günü investorlar Yaponiyada aprel ayı üzrə inflyasiya məlumatlarının dərc olunmasını maraqla gözləyillər. Qeyd etmək lazımdır ki, mart ayında ölkədə illik inflyasiya öncəki ay ilə müqayisədə 2.8%-dən 2.7%-ə qədər enmişdir.
Həmçinin ekspertlər düşünürlər ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) çərşənbə günü dərc edəcəyi may ayı üzrə toplantısının protokolları dolların dəyərinə təsir edə bilər. İnvestorlar toplantı protokollarında daha çox ipucu əldə etməyi proqnozlaşdırırlar. Məlumata əsasən, əksər ekspertlər FED-in sentyabr ayında faiz dərəcələrini endirəcəyini ehtimal edirlər.
Əlavə olaraq, FED toplantısının protokollarının dərci ərəfəsində qızılın qiyməti eniş göstərir. Dəyərli metalın qiyməti bazar ertəsi bütün tarixi rekordunu yenilədikdən sonra, ardıcıl ikinci gündür ki, ucuzlaşır. Hal-hazırda qızıl 2412$ səviyyəsində ticarət olunur.
Bakı vaxtı ilə saat 10:00-da Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) ölkədə istehlak qiymətlərinin dinamikası haqqında məlumatları dərc edəcək. Mütəxəssislər illik inflyasiyanın apreldə 3.2%-dən 2.1%-ə enəcəyini proqnozlaşdırırlar.
Həmçinin bugün ABŞ-ın təkrar mənzil bazarında ev alqı-satqı əməliyyatlarının sayı barədə hesabat dərc ediləcək. Mütəxəssislər hesab edir ki, apreldə göstərici 4.19 milyondan 4.21 milyona yüksəlib.
Bakı vaxtı ilə saat 22:00-da isə ABŞ Federal Ehtiyatlar Sistemi may toplantısının protokollarını dərc edəcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Az pulla hansı işi qurmaq olar?
Marketinq nə demədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?