Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətDünən ABŞ-da statistik məlumatların dərc olunması fonunda dollar major valyutalar qarşısında bahalaşdı. Amerikada istehlak qiymətləri iyul ayında əvvəlki ay ilə müqayisədə illik ifadədə 2.9% artıb. Bununla da artım 2021-ci ilin mart ayından bəri ən aşağı səviyyədə olub. İyul ayında İstehlak Qiymətləri İndeksi aylıq ifadədə 0.2% təşkil edib.
Həmçinin 2024-cü ilin ikinci rübündə Avrozonanın 20 ölkəsinin ümumi ÜDM-i, ikinci aralıq hesablamaya görə, illik ifadədə 0.6%, rüblük ifadədə isə 0.3% artıb. Avrozonanın Sənaye Sektorunda İstehsal Həcmi iyun ayında illik ifadədə 3.9%, aylıq ifadədə isə 0.1% azalıb. Böyük Britaniyada illik inflyasiya isə iyun ayı ilə müqayisədə iyul ayında 2%-dən 2.2%-ə qədər yüksəlib.
Qlobal bazarlarda son vəziyyətCümə axşamı günü Yaponiyanın ÜDM-i açıqlanıb. Belə ki, son rübdə ölkə ÜDM-i, ilkin hesablamalara görə, illik ifadədə 3.1% artıb (Əgər ÜDM ardıcıl dörd rüb eyni sürətlə artıbsa). Analitiklər artımın 2.1% olacağını proqnozlaşdırmışdılar. Yaponiyanın Sənaye Sektorunda İstehsal Həcmi isə 4.2% azalıb.
ABŞ-ın kommersiya məqsədli neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) avqustun 9-da başa çatan həftə ərzində gözlənilmədən 1.357 milyon barrel və ya 0.3% artaraq 430.7 milyon barrelə çatıb.
Bugün ABŞ-da pərakəndə satışların həcminə dair dərc olunacaq göstəricilər investorların diqqət mərkəzində olacaq. Analitiklərin proqnozlarına əsasən, iyun ayı ilə müqayisədə iyul ayında ölkədə pərakəndə satışlar 0.3% artıb. Rəsmi məlumatları ABŞ-ın Ticarət Departamenti Bakı vaxtı ilə saat 16:30-da press-relizdə dərc edəcək.
Həmçinin Böyük Britaniya Milli Statistika Bürosu ölkə ÜDM-i haqqında statistik məlumatları dərc edəcək. Analitiklər Birləşmiş Krallığın ÜDM-nin ikinci rübdə, ilkin hesablamalara görə, illik ifadədə 0.9%, rüblük ifadədə isə 0.6% artdığını ehtimal edirlər. Eyni zamanda ölkənin sənaye istehsalı ilə bağlı məlumatlar dərc ediləcək. 
Əlavə olaraq gün ərzində ABŞ-da işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı və ölkədə sənaye istehsalı ilə bağlı məlumatlar açıqlanacaq.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 15 avqust 2024

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler emlak xeberleri dollar manat kursu avtomobil xeberleri en son xeberler