Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətİyun ayının üçüncü həftəsi dünyada həm geosiyasi, həm də iqtisadi baxımdan olduqca hərəkətli və riskli keçdi. 16–22 iyun tarixləri arasında baş verən hadisələr xüsusilə enerji qiymətləri, qlobal fond bazarları və mərkəzi bankların siyasətlərinə ciddi təsir göstərdi.
İsrailin İranın nüvə obyektlərinə yönəlmiş hava hücumları, ardınca isə İranın ballistik raket və dronlarla cavab verməsi, Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə gərginləşdirdi. Bu gərginlik qlobal enerji bazarlarında dərhal əks olundu. "Brent" markalı neftin qiyməti 78–79$-a yüksəldi. Bu artım, inflyasiya gözləntilərini artırdı və investorlar arasında riskli aktivlərə qarşı etimadı azaltdı.
Qlobal bazarlarda son vəziyyətABŞ fond bazarlarında satışlar müşahidə olundu – "Dow Jones", "S&P500" və "Nasdaq" indeksləri həftə ərzində 0.7–0.9% aralığında gerilədi. Əvəzində, "güvənli liman" olaraq qəbul edilən aktivlər – qızıl və ABŞ xəzinədarlıq istiqrazları – güclü yüksəliş göstərdi. Volatillik indeksinin (VIX) isə 13%-dən çox artması risklərin qlobal miqyasda dərinləşdiyini göstərdi.
Yaxın Şərqdə münaqişənin dərinləşməsi nəticəsində İran parlamentində Hörmüz boğazının müvəqqəti bağlanması ehtimalı müzakirəyə çıxarıldı. Qeyd edək ki, bu boğaz vasitəsilə dünya neftinin təxminən 20%-i daşınır. "Goldman Sachs" xəbərdarlıq etdi ki, əgər bu boğazda hər hansı maneə baş verərsə, neftin qiyməti sürətlə 110$ səviyyəsinə çata bilər. Belə bir ssenari yalnız enerji bazarlarında deyil, eyni zamanda nəqliyyat, istehsal və tədarük zəncirlərində də böhran yarada bilər.
G7 Sammiti və Diplomatik Yanaşmalar
Kanadada keçirilən G7 sammitində dünya liderlərinin diqqətləri xüsusilə Yaxın Şərqdəki eskalasiyaya yönəldi. ABŞ, Böyük Britaniya və Almaniya diplomatik həll yollarının prioritet olduğunu vurğuladılar. Bu açıqlamalar fonda qısa müddətli sakitləşməyə səbəb oldu və bəzi Avropa bazarlarında bərpa meyilləri müşahidə olundu.
Mərkəzi Bankların Strategiyası: Faiz Endirimləri Ertələndi
Geosiyasi risklər fonunda ABŞ Federal Ehtiyatlar Sistemi (FED) və İngiltərə Bankı (BOE) ehtiyatlı mövqe sərgilədi. Artan neft qiymətləri inflyasiyanın təkrar yüksəlməsi riskini gücləndirdiyi üçün, mərkəzi banklar faiz dərəcələrinin azadılmasını təxirə saldılar. Bu isə korporativ kreditləşməyə və inkişaf etməkdə olan bazarlara mənfi təsir yarada bilər.
Qlobal Fond Bazarlarında Reaksiyalar
Avstraliya birjası (ASX200) 23 iyun bazar ertəsi açılışında 0.5%-lik itki ilə həftəyə başladı. "RBC Capital Markets" xəbərdarlıq etdi ki, əgər İsrail–İran gərginliyi dərinləşərsə, "S&P 500" indeksi 20%-ə qədər geriləyə bilər.  
Ötən həftəyə 1.15250 və 1.35590 səviyyələrində start verən EURUSD və GBPUSD valyuta cütlükləri müvafiq olaraq 1.16150 və 1.36220 səviyyələrinə qədər bahalaşdı. Lakin, hər iki məzənnə daha sonra gerilədi və həftəni 1.15210 və 1.34460 hədlərində bitirdilər. 
"Güvənli liman" maliyyə aləti kimi qızıl artan geosiyasi risklər fonunda 3451$-a kimi bahalaşsa da, həftəni 3368$ səviyyəsində tamamladı. Hazırda 3359$-a ticarət olunan qızılın qiyməti 3400$ həddinin üzərinə yüksəlsə və bu həddin üzərində möhkəmlənə bilsə, artım tendensiyası davam edə bilər. 
Cari həftə ərzində bütün bazar iştirakçılarının diqqət mərkəzindəki əsas məqam çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri Amerika Federal Ehtiyatlar Sistemi (FED), İngiltərə Bankı (BoE), Avropa Mərkəzi Bankı (ECB) sədrlərinin çıxışları olacaq. 
Həmçinin, İngiltərədə, Avrozonada, Almaniyada və Amerikada dərc olunacaq sənaye və xidmət sektorlarında, eləcə də, kompozit Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi statistik rəqəmlər birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər.
Bu həftə Amerikada açıqlanacaq ÜDM, Şəxsi Xərclər İndeksi, Şəxsi Xərclər Qiymət İndeksi , İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, "Conference Board" İstehlakçıların İnam İndeksi, Yaponiyada dərc olunacaq BoJ və Tokio İstehlak Qiymətləri İndeksi, Kanadada yayımlanacaq Ümumdaxili Məhsulun Həcmi göstəriciləri də investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlərdəndir.
EUR
Ötən həftəni 1.15210 həddində tamamlayan EUR/USD məzənnəsi yeni həftəyə 1.14570 hədlərinə kimi aşağı yönlü "gap" ilə başlayıb.
Hazırda 1.14940 hədlərində ticarət olunan məzənnədə "ayılar" qiyməti 1.15000 həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər. Əsas dəstək həddi kimi, 1.14530 və 1.14100 səviyyələri çıxış edə bilər.
Qeyd etmək lazımdır ki, cari həftə ərzində Avrozonada açıqlanacaq PMİ göstəriciləri və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın baş tutacaq çıxışlarında verə biləcəyi açıqlamaları avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.
GBP
Ötən həftəni 1.34460 səviyyəsində tamamlayan GBPUSD valyuta cütlüyü yeni həftəyə 1.33960 həddində başlayıb. Hazırda 1.34150 səviyyəsində ticarət olunan məzənnədə "ayılar" qiyməti 1.34$ həddinin altına sala və burada saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.
Bu həftənin çərşənbə günü İngiltərədə dərc olunacaq PMİ hesabatları və İngiltərənin Baş bankirinin çərşənbə axşamı və cümə axşamı baş tutacaq çıxışları funt-sterlinqin dünya bazarlarındakı qiymətinə ciddi təsir edə bilər.
XAU/USD
Ötən həftəni 3368$-da başa vuran dəyərli metal yeni həftəyə 3391$-dan start versə də, sürətlə 3359$-a kimi ucuzlaşdı. Hazırda 3360$-a ticarət olunan qızılın qiyməti Yaxın Şərqdə gərginlik səngiməsə, bahalaşa bilər.
Brent
Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə gərginləşməsi və İran parlamentində Hörmüz boğazının müvəqqəti bağlanmasının müzakirəyə çıxarılması qlobal enerji bazarlarında dərhal əks olundu. "Brent" markalı neftin qiyməti cari həftəyə 79.10$ həddində başladı. / marja.az

Maliyyə     Tarix: 24 iyun 2025

Oxşar xəbərlər

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb

2026-cı ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub ki, bu da proqnoza nisbətən 130,3 milyon manat çoxdur

"Azərlotereya" 2025-ci il üzrə maliyyə hesabatını açıqladı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdə

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler bitkoin bitcoin qiymeti bitcoin birbank