Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) dərc etdiyi ölkədəki iqtisadi vəziyyətlə bağlı şərhlərinin xülasəsi olan "Bej Kitab"-a (The Beige Book) görə, noyabr-dekabr aylarında ABŞ-da iqtisadi fəallıq çox az dəyişib və ya heç dəyişməyib.
Yeddi əyalət ümumi məşğulluq səviyyələrində az və ya heç bir dəyişiklik olmadığını, altı əyalət cüzi və ya orta səviyyədə qiymət artımının olduğunu bildirib. Beş əyalət isə qiymət artımının əvvəlki dövrlə müqayisədə bir qədər yavaşladığını göstərib. Əksər əyalətlərdəki şirkətlər, xüsusilə istehsal və tikinti sahələrində giriş qiymətlərinin sabit qaldığını və ya azaldığını açıqlayıb.
Dərc olunan məlumatlar fonunda dollar günün əvvəlində major valyutalar qarşısında bir qədər ucuzlaşsa da Amerika sessiyasında yenidən bahalaşaraq mövqelərini qismən qoruya bildi. Ötən gün dolların bahalaşması ilə qızıl 2000$ səviyyələrinə qədər eniş göstərdi. Hal-hazırda dəyərli metal 2006$ səviyyəsində ticarət olunur.
Amerikanın Neft İnstitutunun həftəlik neft ehtiyatları ilə bağlı proqnozlarından sonra neftin qiyməti 78.20$ səviyyəsində qərarlaşıb. İnvestorlar bugün Bakı vaxtı ilə saat 20:00-da ABŞ-da açıqlanacaq həftəlik neft ehtiyatları ilə bağlı xəbəri diqqətlə izləyəcəklər.
Həmçinin bugün ABŞ-da Filadelfiya FED tərəfindən açıqlanacaq iqtisadi göstəricilər və Əmək Nazirliyinin dərc edəcək İlk dəfə İşsizlik Müavinətı üçün Müraciətlərin Sayındakı Dəyişikliklər göstəricisi diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?