Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞCari həftənin əvvəlində Yaponiya Mərkəzi Bankının (BoJ) tezliklə geniş miqyaslı təşviq proqramını ləğv etməyə başlaya biləcəyi ilə bağlı ehtimallar fonundan USD/JPY paritetitenində başlayan eniş tendensiyası davam edir. Mərkəzi Bankın dünən açıqlanan dekabr iclasının protokolları göstərdi ki, BoJ ultra-yumşaq pul-kredit siyasətindən çıxmaq üçün vaxt və sürəti müzakirə etməyə hazırdır. Məlumatlar həmçinin Tokioda baza inflyasiyanın yavaşladığını, mərkəzi bankın 2%-lik hədəfindən aşağı düşərək təxminən iki ilin ən aşağı səviyyəsinə gerilədiyini göstərdi.
Nəticədə Yen bir qədər möhkəmlənərək dollara qarşı 147.770-dən təklif olunur. 
Bu arada, Avropa Mərkəzi Bankı cümə axşamı faiz dərəcələrini sabit saxlayıb və inflyasiya ilə mübarizəyə sadiqliyini təkrarlayıb. Bununla belə, analitiklər, ECB-nin növbəti iclasında mesajında ​​bir dəyişikliyi nəzərdən keçirə biləcəyini, inflyasiyanın nəzarət altında olduğu görünsə, iyun ayında faiz endiriminə zəmin yarada biləcəyini qeyd edirlər.
AMB-nin faiz qərarı və bank sədri Kristin Laqardın çıxışdan sonra Avro cüzi ucuzlaşaraq 1.0840 hədlərinə düşüb və həftəni 0.5% itki ilə başa vuracağı ehtimal edilir. Bütün gözlər bu gün ABŞ-da açıqlanacaq Şəxsi İstehlak Xərcləri (PCE) Qiymət İndeksinə yönəlib. Qeyd edək ki, baza PCE qiymət indeksinin illik müqayisədə 3% artacağı təxmin edilir.
Ən son məlumatlar ABŞ iqtisadiyyatının dördüncü rübdə proqnozlaşdırılandan daha sürətli böyüdüyünü göstərdi. Hesabatdan sonra ABŞ xəzinə istiqrazlarının gəlirliliyi azalarkən, 10 illik etalon istiqrazın gəlirliliyi son olaraq 4.1126% olaraq qeydə alınıb. Qısamüddətli faiz gözləntilərini əks etdirən iki illik gəlirlilik də bir qədər azalaraq 4.2850%-ə düşüb.
ABŞ dolları güclü ÜDM məlumatları sayəsində dəyər qazanarkən, Britaniya funtu 0.07% ucuzlaşaraq 1.27$-a, Avstraliya dolları isə 0.05% dəyər itirərək 0.6590$-a düşüb.
Neft qiymətləri əvvəlki sessiyada 3% artımdan sonra 82.40$ həddini test etdikdən sonra, bir qədər ucuzlaşıb. "Brent" fyuçersləri 0.4% geriləyərək 82 dollar/barel, ABŞ xam nefti (WTI) isə 0.57% ucuzlaşaraq 76.72 dollar/barel olub. Qırmızı dənizdəki gərginlik neft qiymətlərinə təsir edərək qlobal ticarət üçün risk yaratmaqda davam edir.
Qızıl investorların diqqət mərkəzində olmaqda davam edir və onun qiyməti sonuncu dəfə bir unsiya üçün 2024$ səviyyəsinə qədər bahalaşıb. Lakin "sarı metal" bugünə ucuzlaşma ilə başlayıb və hazırda qiymətli metallar bazarında 2021$-dan satılır.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 26 yanvar 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler depozit faizleri birbank bitcoin pul qazanmaq