Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə axşamı günü proqnozların üzərində dərc olunan statistik məlumatların fonunda bahalaşan dollar, dünən major valyutalar qarşısında bir qədər ucuzlaşıb və birjalarda vəziyyət stabilləşib. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 104.64 səviyyəsində qərarlaşıb. Qeyd etmək lazımdır ki, indeks dünən üç ayın zirvəsini yeniləyərək 104.97 bənd səviyyəsinə qədər artmışdır.
Analitiklər düşünürlər ki, ABŞ-da yanvar ayında yüksək səviyyədə açıqlanan inflyasiya göstəriciləri FED-in mart ayında uçot faiz dərəcəsini azaltması ehtimallarını, demək olar ki, sıfıra bərabər edir.
Bir gün əvvəl ABŞ-ın kommersiya məqsədli neft ehtiyatlarının kəskin artması ilə bağlı məlumatların açıqlanmasından sonra, dünya bazarlarında neft qiymətləri cümə axşamı səhər ardıcıl ikinci gündür ki, ucuzlaşır. Lakin birjalarda, "qara qızıl"-ın qiymətinin artım tendensiyasında olduğunu qeyd etmək olar. "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 0.4% ucuzlaşaraq, bir barrel üçün 81.27$, "WTI" markalı neftin mart fyuçersləri isə 0.47% ucuzlaşaraq, bir barrel üçün 76.28$ təşkil edib.
Bugün Beynəlxalq birjalarda volatilliyin artmasına səbəb ola biləcək bir neçə önəmli xəbər açıqlanacaq. Böyük Britaniyada dərc olunacaq ÜDM, Ticarət Saldosu və Sənaye Sektorunda İstehsal Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq hadisələrdir. Həmçinin, ABŞ-da açıqlanacaq Pərakəndə Satış Həcminin Dövriyyəsi, Sənaye Sektorunda İstehsal Həcmi və İşsizlik Müavinətı Üzrə Ərizələrin Sayındakı Dəyişikliklər maraqla gözlənilən xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Biznes plan necə yazılır?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Necə Bitcoin almaq olar?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?