Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ Federal Ehtiyatlar Sisteminin (FED) son toplantısının dərc olunmuş hesabatına əsasən, tənzimləyici qurumun rəhbərliyi inflyasiyanın 2%-lik hədəf səviyyəsinə enəcəyinə daha əmin olana qədər, faiz dərəcələrini azaltmağı ehtimal etmir.
Dərc edilmiş hesabata əsasən, FED rəhbərliyinin bir sıra üzvləri son toplantıdan sonra, tənzimləyici qurumun hədsiz uzun məhdudlaşdırıcı tədbirləri səbəbindən iqtisadiyyatda zəifləmə riskləri görür. Eyni zamanda, toplantı iştirakçıları faiz dərəcəsində gələcək dəyişikliklərin daxil olan iqtisadi məlumatlardan, perspektivlərdən və risk balansından asılı olacağını qeyd ediblər.
Bundan əvvəl, yanvar toplantısının nəticələrinə əsasən, FED ardıcıl dördüncü dəfə uçot faiz dərəcəsini illik 5.25-5.5% səviyyəsində saxlamışdı. Qeyd etmək lazımdır ki, FED ötən ilin iyul ayında faiz dərəcəsini illik 5.25-5.5%-ə qaldırmışdı. Daha sonra tənzimləyici qurum qeyd etmişdi ki, iqtisadiyyatda maksimum məşğulluğa və uzunmüddətli perspektivdə inflyasiyanın 2%-lik hədəf səviyyəsinə nail olmaq üçün sürətin daha da artırılmasını məqsədəuyğun hesab edir. Lakin o vaxtdan bəri FED faiz dərəcələrini cari səviyyədə saxlayıb. 2022-ci ilin yanvar ayından 2023-cü ilin yayına qədər Amerika mərkəzi bankı sürətlənən inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini davamlı olaraq artırırdı.
FED toplantısının nəticələri fonunda, dollar major valyutalar qarşısında ucuzlaşmaqda davam edir. Hal-hazırda EURUSD və GBPUSD valyuta cütlükləri müvafiq olaraq 1.0832 və 1.2642 səviyyələrində ticarət olunurlar. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 103.88 bənd təşkil edir. Qızıl 2030$, "Brent" markalı neft isə 83.30$ səviyyələrində ticarət olunurlar.
Analitiklər Avrozonada illik inflyasiyanın, yekun hesablamaya görə, öncəki ay ilə müqayisədə yanvar ayında 2.9%-dən 2.8%-ə qədər endiyini proqnozlaşdırırlar. Rəsmi məlumatlar bugün "Eurostat" statistika agentliyi tərəfindən Bakı vaxtı ilə saat 14:00-da dərc olunacaq.
Həmçinin gün ərzində açıqlanacaq Avrozonada və Böyük Britaniyada sənaye və xidmət sektorlarında Kompozit Biznes Aktivliyi İndeksi (PMI), ABŞ-da İşsizlik Müavinətı Üzrə Ərizələrin Sayındakı Dəyişikliklər göstəricisi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Təkrar Mənzil Bazarında Satışların həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 22 fevral 2024

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki


iqtisadi xeberler dollar mezenne online pul qazanmaq pul qazanmaq bitkoin