Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən axşam ABŞ-da makroiqtisadi statistikanın dərcindən sonra, dollar major valyutalar qarşısında bir qədər bahalaşıb. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.07% artaraq 103.9 bənd təşkil edib.
ABŞ-da "CB" İstehlakçı Güvəni İndeksi (The Conference Board) fevral ayında 110.9 bənd səviyyəsindən 106.7 bənd səviyyəsinə qədər enib. Analitiklər isə əksinə, göstəricinin artacağını proqnozlaşdırmışdılar.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bugün ABŞ-da dördüncü rüb üzrə ÜDM göstəricisinin aralıq proqnozları dərc olunacaq. Ölkənin Ticarət Nazirliyinin illik müqayisədə artım tempinə dair proqnozunu 3.3% səviyyəsində saxlayacağı ehtimal edilir. Qeyd olunan statistik məlumatlar investorlara ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinin mümkün istiqamətləri haqqında ipucular verə bilər. Hazırda "CME Group"-un məlumatına əsasən, ekspertlərin 53%-i uçot faiz dərəcəsinin iyun toplantısından sonra azaldılacağını proqnoz edirlər.
Həmçinin açıqlanan məlumatların fonunda, ABŞ-ın əsas fond indekslərində aydın bir tendensiya izlənilmir. Dünən "Dow Jones" sənaye indeksi 0.28% azalaraq 38 958.36 bənd, "NASDAQ" yüksək texnologiyalar indeksi 0.14% artaraq 15 997.96 bənd təşkil edib. "S&P 500" geniş bazar indeksi bir qədər artaraq 5 069.59 punkta çatıb.
Amerika Neft İnstitutunun (API) ABŞ-ın kommersiya məqsədli neft ehtiyatlarının kəskin artması ilə bağlı məlumatlarının dərcindən sonra, çərşənbə günü səhər dünya birjalarında neft qiymətləri eniş tendensiyasını göstəriblər. "Brent" markalı neftin bir barel üçün may fyuçerslərinin qiyməti 0.4% ucuzlaşaraq 82.33$-a, "WTI" markalı neftin bir barel üçün aprel fyuçerslərinin qiyməti isə 0.43% ucuzlaşaraq 78.53$-a düşüb. Qeyd etmək lazımdır ki, qurum çərşənbə günü gecə ölkənin kommersiya məqsədli neft ehtiyatlarının fevralın 23-də bitən həftə üçün 8.4 milyon barrel artdığını bildirdi.
Məlumat İnvest-AZ Investisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır
Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"
"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb
"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Biznes planı necə yazmaq lazımdır?
Fond birjası nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?