Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün ABŞ-da, Avrozonada və Almaniyada dərc olunacaq Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri ərəfəsində dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb. EURUSD, GBPUSD və USDJPY valyuta cütlükləri müvafiq olaraq 1.0851, 1.2684 və 150.540 hədlərində ticarət olunurlar. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.07% zəifləyərək, 103.79 bənd təşkil edib.
Beynəlxalq birjalarda qeyri-müəyyənliklər fonunda qızıl bahalaşmaqda davam edir. Dəyərli metal 4 dekabr 2023-cü il tarixindən bugünə ilk dəfə olaraq 2115$ həddinin üzərinə qalxıb. Dünən axşam bir neçə "OPEC+" ölkəsinin hasilatın azaldılması ilə bağlı qərarın müddətinin uzadılmasını elan etməsindən sonra, dünya bazarlarında "Brent" markalı neftin bir barreli 83.40$ səviyyəsində ticarət olunur.
Kriptovalyuta birjalarında "Bitcoin"-in dəyəri 2021-ci ildən bəri ilk dəfə olaraq 68000$-ı ötüb. Belə ki, aparıcı kriptovalyuta 10 noyabr 2021-ci ildə müəyyən edilmiş tarixi maksimum 69000$ səviyyəsinə yaxınlaşır.
Cari həftədə investorlar cümə axşamı dərc olunacaq Avropa Mərkəzi Bankının toplantısının hesabatını maraqla gözləyirlər. Analitiklər hesab edirlər ki, tənzimləyici qurum uçot faiz dərəcəsini illik 4.5% səviyyəsində saxlayacaq. Həmçinin bazar iştirakçıları ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin pul-kredit siyasəti ilə bağlı Konqresə hesabat verməsini gözləyirlər və bu çıxışdan mərkəzi bankın faiz planları ilə bağlı ipuçları əldə etmək istəyirlər.
ABŞ-ın əsas fond indeksləri bazar ertəsi günü "NASDAQ" və "S&P 500"-in yenilənmiş rekordlarından sonra zəifləyirlər. Avropa Komissiyasının "Apple"-ı musiqi axını xidmətlərinə girişlə bağlı Aİ qanunvericiliyini pozduğuna görə 1.8 milyard avro cərimələməsindən sonra, şirkət səhmləri 3.03% ucuzlaşıb. İndekslərin azalması "Nvidia" və "Macys"-in səhmlərinin bahalaşmasının qarşısını alır. Qeyd edək ki, Amerikalı videokart istehsalçısı "Nvidia" kapitallaşmaya görə Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco"-nu geridə qoyaraq üçüncü yerə yüksəlib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitiklər tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Biznes plan necə yazılır?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Necə Bitcoin almaq olar?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?