Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDünən ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavel öz çıxışında tənzimləyici qurumun faiz dərəcələrini azaltmağa başlamaqdan uzaq olmadığını bildirib. Həmçinin, o, qeyd edib ki, FED inflyasiyanın 2%-ə qədər davamlı azalmasına daha əmin olacağı vaxtı gözləyir. Yalnız bundan sonra məhdudiyyətlərin səviyyəsini azaltmağa başlamaq məqsədəuyğun olacaq.
Pavel əlavə edib ki, FED monetar siyasətini yumşaltmağa hələ hazır deyil. Daha əvvəl o bildirmişdi ki, iqtisadi artım davam edərsə və inflyasiya azalarsa, FED ehtiyatlı şəkildə monetar siyasətini yumşaltmağa başlayacaq.
Bundan əvvəl, Federal Ehtiyatlar Sistemi son toplantısının nəticələri ilə bağlı hesabat dərc etmişdi. Ondan sonra tənzimləyici qurumun rəhbərliyinin bir sıra üzvləri həddindən artıq uzun müddət ərzində məhdudlaşdırıcı tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzül risklərinin formalaşa biləcəyi ilə bağlı fikirlər bildirmişdilər. Eyni zamanda, FED-in toplantısının iştirakçıları faiz dərəcəsində gələcək dəyişikliklərin daxil olan iqtisadi məlumatlardan, perspektivlərdən və risk balansından asılı olacağını qeyd ediblər.
Qeyd etmək lazımdır ki, yanvar ayında FED faiz dərəcəsini ardıcıl dördüncü dəfə illik 5.25-5.5% səviyyəsində saxladı.
FED-in toplantısının nəticələri fonunda dollar major valyutalar qarşısında ucuzlaşmağa davam etdi. Hal-hazırda EURUSD, GBPUSD və USDJPY valyuta cütlükləri müvafiq olaraq 1.0946, 1.2808 və 147.832 səviyyələrində ticarət olunurlar. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 102.79 bənd təşkil edir.
Bugün ABŞ-da Bakı vaxtı ilə saat 17:30-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (Nonfarm Payrolls) və İşsizlik Səviyyəsi göstəriciləri dərc olunacaq. Analitiklərin proqnozlarına əsasən, ölkədə fevral ayında işsizlik səviyyəsi yanvar ayında olduğu kimi, 3.7% səviyyəsində qalıb. Həmçinin onlar ölkə iqtisadiyyatının Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayının fevral ayında 200 min olduğunu ehtimal edirlər.
Eləcə də, bugün Almaniyada, Avrozonada və Kanadada dərc olunacaq statistik məlumatlar investorların diqqət mərkəzində olacaq hadisələrdir.
Məlumat Invest-AZ Investisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 08 mart 2024

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki


iqtisadi xeberler dollar mezenne online pul qazanmaq pul qazanmaq bitkoin