Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən dollar major valyutalar qarşısında bir qədər bahalaşaraq, öz mövqelərini möhkəmləndirə bildi. EURUSD valyuta cütlüyü cari həftənin əvvəlində 1.0939 səviyyəsində ticarət olunurdu. Lakin dünən məzənnə 1.0915 həddinə qədər ucuzlaşdı. GBPUSD və USDJPY valyuta cütlüklərində də eyni mənzərənin şahidi ola bilərik. Hal-hazırda onlar müvafiq olaraq 1.2820 və 147.340 səviyyələrində ticarət olunurlar.
Bugün ABŞ-da və Almaniyada dərc olunacaq inflyasiya göstəriciləri və Böyük Britaniyada açıqlanacaq əmək bazarı ilə bağlı statistik məlumatlar birjalarda volatilliyin artmasına səbəb ola biləcək əsas hadisələrdir. Qeyd edək ki, ekspertlər ABŞ-da İstehlak Qiymətləri İndeksinin aylıq ifadədə 0.4%, illik ifadədə isə 3.1% səviyyəsində artacağını proqnoz edirlər. Həmçinin baza inflyasiyanin aylıq ifadədə 0.3%, illik ifadədə isə 3.7% səviyyəsində dərc olunacağı proqnozlaşdırılır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Əlavə olaraq qeyd etmək lazımdır ki, analitiklər Böyük Britaniyada İşsizlik Səviyyəsinin ötən ay ilə müqayisədə dəyişmədiyini, 3.8% səviyyəsində qaldığını və Almaniyada İstehlak Qiymətləri İndeksinin aylıq ifadədə 0.4% səviyyəsində, illik ifadədə isə 2.5% səviyyəsində açıqlanacağını ehtimal ediblər.
Beynəlxalq birjalarda neft qiymətləri bir qədər bahalaşıb. "Brent" markalı neftin bir barrel üçün qiyməti cari həftənin əvvəlində 82$ səviyyəsində ticarət olunsa da, hal-hazırda 83$ həddində qərarlaşıb. Bugün Bakı vaxtı ilə saat 16:00-da "OPEC" toplantısı keçiriləcək və bu hadisə "qara qızılın" qiymətinin kəskin dəyişməsində əsas amillərdən biri ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Biznes plan necə yazılır?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Necə Bitcoin almaq olar?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?