Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBirjalar Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsi qərarlarına təsir edə biləcək əsas inflyasiya hesabatını gözlədiyi üçün, ABŞ dolları cari həftəya sakit və məhdud dalğalanma ilə başladı. Bu arada, Yapon yeni son iki həftədə ən aşağı səviyyəyə yaxınlaşdığı üçün diqqəti cəlb etdi və Tokionun mümkün müdaxiləsi ilə bağlı narahatlıqları artırdı.
İnvestorlar, son əmək bazarı məlumatları və mərkəzi bankın şərhləri fonunda, bu il ABŞ-ın faiz dərəcələrinin azaldılması ilə bağlı gözləntilərini yenidən nəzərdən keçirirlər. Cari bazar qiymətləri, sentyabr ayında faiz endirimi ehtimallarının 60% olaraq qiymətləndirir.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞİndi diqqətlər bugün dərc olunacaq İstehsal Qiymətləri İndeksi (PPI) və çərşənbə günü açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) məlumatlarına yönəlib. Proqnozlar, dəyişkən qida və enerji qiymətləri istisna olmaqla, İstehlak Qiymətlərinin Baza İndeksinin aprel ayında aylıq 0.3% artacağına və mart ayında görülən 0.4% artımla müqayisədə yavaşlayacağına işarə edir.
CPI-dan əvvəl, ABŞ-da PPI-ın bugün açıqlanması planlaşdırılır. Bu məlumatlar inflyasiya meylləri və onların Federal Ehtiyatlar Sisteminin 2% hədəfinə uyğun olub-olmaması barədə daha çox məlumat verəcəkdir.
Cari həftəin ilk ticarət günündə avro nisbətən dəyişməyərək 1.0786 səviyyəsində qalıb. Avro bu ay dollar qarşısında indiyədək 1% dəyər qazanıb. Britaniya funt-sterlinqi 1.2550 hədlərində ticarət edirdi ki, bu da may ayı üçün təxminən 0.5%-lik artımdan xəbər verir. Altı valyutadan ibarət səbətə nisbətdə dollar indeksi 105.25 səviyyəsində qərarlaşıb.
Yen, Yaponiya Maliyyə Nazirliyinin bazar müdaxilələrinə səbəb ola biləcək səviyyələrə yaxınlaşdığı üçün diqqət mərkəzindədir. Yen bir ABŞ dolları qarşısında sessiyanın əvvəlində iki həftənin minimumu - 156.500 səviyyəsini test etdikdən sonra, cüzi dəyər qazanıb və hazırda 156.320 hədlərində ticarət edilir.
Yaponiya Mərkəzi Bankının (BoJ) intervensiya edəcəyi ilə bağlı narahatlıqlara baxmayaraq, digər əsas iqtisadiyyatlarla müqayisədə Yaponiyanın aşağı gəlir mühiti səbəbindən bazar əhval-ruhiyyəsi yen üzrə aşağı olaraq qalır. Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki çərşənbə axşamı günü təsdiqlədi ki, hökumət və BoJ valyuta bazarını izləmək və iqtisadi əsasları əks etdirən sabit məzənnə əldə etmək məqsədi ilə əməkdaşlıq edir.
Beynəlxalq Valyuta Fondu Yaponiyanın yenin real tələb-təklif nisbətinə uyğun olaraq sərbəst dalğalanmasına imkan vermək səylərini etiraf edərək, bu yanaşmanın mərkəzi banka qiymət sabitliyinə nail olmağa kömək edəcəyini tövsiyə edib. BVF həmçinin yenin devalvasiyasının qarşısını almaq üçün monetar siyasətdən istifadə etməyin zəruriliyi barədə xəbərdarlıq edib.
Digər valyutalara gəldikdə isə, Avstraliya dolları və Yeni Zelandiya dolları cari həftənin əvvəlində üfüqi tendensiya sərgiləyirlər. Avstraliya dolları 0.6608$, Yeni Zelandiya dolları isə 0.6017$ səviyyələrində qərarlaşıblar.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 14 may 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler kripto dollar kursu rubl mezenne dollar məzənnəsi