Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBöyük Britaniyada inflyasiya göstəricilərinin proqnozların üzərində dərc olunması treyderləri və investorları qarşıdakı aylarda monetar siyasətin yumşaldılması ilə bağlı perspektivləri daha ehtiyatlı qiymətlərndirməyə vadar edib. İstehlak Qiymətləri İndeksinin aylıq ifadədə 0.2% səviyyəsində açıqlanması proqnozlaşdırılsa da, göstərici 0.3% təşkil edib. İllik ifadədə inflyasiya mart ayı ilə müqayisədə aprel ayında 3.2%-dən 2.3%-ə enib. Cari göstəricilər iki il müddətində ən aşağı nəticələrdir və İngiltərə Bankının hədəfinə yaxın bir səviyyələrdir.
Eləcə də, ABŞ Federal Ehtiyatlarlar Sisteminin (FED) bir gün əvvəl keçirilən toplantısının protokollarının dərcindən sonra, cümə axşamı günü səhər dolların major valyutalar qarşısında dəyəri bir qədər azaldı. Dollar indeksi 0.07% azalaraq 104.86 bənd təşkil edib.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÇərşənbə günü FED-in 30 aprel - 1 may tarixlərində keçirilən iclasının protokolları dərc olunub. Sənədə əsasən, Açıq Bazar Komitəsinin üzvləri inflyasiyanın 2%-lik hədəf səviyyəsinə qədər ləngiməsi prosesinin proqnoz ediləndən daha uzun çəkə biləcəyindən narahat olduqlarını bildiriblər. Toplantı iştirakçıları istehlak qiymətlərinin artım tendensiyasının ortamüddətli perspektivdə hədəf səviyyəsinə nail olunacağını ehtimal etdiklərini qeyd ediblər.
Eyni zamanda, investorlar Yaponiyadan gələn statistik məlumatları da qiymətləndirirlər. Yaponiyanın may ayında Sənaye və Xidmət Sektorlarında Kompozit Biznes Aktivliyi İndeksi (PMI), ilkin hesablamalara görə, aprel ayı ilə müqayisədə 52.3 bənddən 52.4 bəndədək yüksəlib. Xidmət sektoru üzrə PMI 54.3 bənddən 53.6 bəndədək azalıb, sənaye sektoru üzrə PMI isə 49.6 bənddən 50.5 bəndədək yüksəlib. Yaponiyada inflyasiya ilə bağlı statistik məlumatların dərci cümə gününə planlaşdırılıb.
FOMC toplantısının protokollarının dərc olunmasından sonra cümə axşamı səhər qızılın qiyməti 1 troya unsiyası üçün 2373$ səviyyəsinə enib. Nyu-Yorkun "Comex" birjasında iyun ayı üzrə qızıl fyuçerslərinin qiyməti 19.75$ və ya 0.83% ucuzlaşaraq, 1 troya unsiyası üçün 2373.15$-a, gümüşün iyul fyuçerslərinin qiyməti isə 2.57%, 1 unsiya üçün 30.688$-a enib. Qızıl bazar ertəsi günü tarixi rekordunu yenilədikdən sonra, ardıcıl üçüncü gündür ki, ucuzlaşır.
Bugün bazar iştirakçıları ABŞ-da açıqlanacaq iqtisadi göstəriciləri diqqətlə izləyəcəklər. Analitiklərin fikrincə, mayın 18-də bitən həftə üçün işsizlik müavinəti üçün müraciət edənlərin sayı əvvəlki həftə ilə müqayisədə 2 min nəfər azalaraq 220 min nəfər təşkil edib. Rəsmi məlumatlar bugün, Bakı vaxtı ilə saat 16:30-da ölkənin Əmək Nazirliyinin saytında dərc olunacaq.
Həmçinin bugün Avrozonada sənaye və xidmət sektorları üzrə Biznes Aktivliyi İndeksi (PMI) dərc olunacaq. Ekspertlər aprel ayı ilə müqayisədə PMI göstəricisinin sənaye sektorunda 45.7 bənd səviyyəsindən 46.2 bənd səviyyəsinə kimi, xidmət sektorunda isə 53.3 bənddən 53.6 bəndədək artacağını proqnoz edirlər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analaitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 23 may 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler kripto dollar kursu rubl mezenne dollar məzənnəsi