Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə axşamı Avropa Mərkəzi Bankının İdarə Heyyətinin üzvü Robert Holzmanın mərkəzi bankın bu il 3 mümkün faiz endirimi ehtimallarının olduğunu vurğulaması, əvəzində isə Minneapolis FED-in sədri Nil Kaşkarinin ABŞ Federal Ehtiyyatlar Sisteminin faiz endirimi üçün tələsməməli və hələ bir müddət faiz dərəcələrini cari 5.25% - 5.50% aralığında saxlamalı olduğunu zəruri hesab etdiyini bildirməsi fonunda dollar major valyutalar qarşısında bir qədər möhkəmləndi.
Dünən günə 1.0857 səviyyəsində başlayan EURUSD məzənnəsi 1.0890 həddini test etdikdən sonra ucuzlaşdı və günlük şamını 1.0856 həddinə tamamladı. Həmçinin, GBPUSD cütlüyü də çərşənbə axşamı 1.2800 həddini test etdikdən sonra ucuzlaşaraq günü 1.2760 hədlərində başa vurdu. Qızıl isə 2345$ - 2360$ qiymətləri aralığında satillik qazanıb.
Bugün Bakı vaxtı ilə saat 16:00-da Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri və 22:00-da Amerikadan dərc olunacaq FED-in "Bej Kitab" hesabatı investoralrın diqqət mərkəzində saxlayacağı əsas hadisələr olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Az pulla hansı işi qurmaq olar?
Marketinq nə demədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?