Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-dan gələn zəif iqtisadi göstəricilər fonunda faiz dərəcələrinin endirilməsi ümidləri artıb. Bu da, öz növbəsində dolları major valyutalar qarşısında ucuzlaşdırıb.
İnvestorlar sentyabr ayında 25 baza bəndlik faiz endirimi ehtimalını 52.1% olaraq qiymətləndirir ki, bu nisbət dünənki 47%-lik ehtimalları üstələyir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Proqnozların dəyişməsi, ABŞ-da istehsal fəaliyyətinin may ayında ardıcıl ikinci ay daraldığını əks etdirən statistika il yanaşı, dünən zəif açıqlanan Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi məlumatlarının dərcindən sonra yaşanır.
Zəif açıqlanan ÜDM rəqəmlərindən bir neçə gün sonra gələn PMI məlumatları ABŞ iqtisadiyyatının yavaşladığına dair narahatlıqları artırdı ki, bu da FED-i faiz dərəcələrini azaltmağa məcbur edə bilər.
Bu faktor dolların son iki ayın ən aşağı səviyyəsinə düşməsinə səbəb olub.
FED gələn həftə keçiriləcək iclasında faiz dərəcələrini sabit saxlamağa hazırlaşır. Lakin bundan əvvəl, Ümumi İşsizlik Səviyyəsi, Orta Saatlıq Gəlirlər (aylıq və illik müqayisədə), xüsusən də Qeyr-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş yerlərinin Sayı kimi əsas əmək bazarı məlumatları bu həftə açıqlanacaq və çox güman ki, Mərkəzi Bankın faiz dərəcələri ilə bağlı planlarına təsir göstərəcək.
Bu həftə Avropa Mərkəzi Bankının və Kanada Mərkəzi Bankının faiz qərarları açıqlanacaq və hər iki mərkəzi bankın da faiz dərəcələrini endirəcəyi proqnozlaşdırılır.
Aşağı faiz dərəcələrinin qızıl və digər qiymətli metalların qiymətlərinə dəstək olacağı ehtimal edilir, çünki yüksək faiz dərəcəsi mühitində sektora sərmayə qoymağın maya dəyəri də yüksək olur.
Digər qiymətli metallar dünənki bahalaşmadan sonra bugün az geriləyiblər. Platin 0.1% ucuzlaşaraq 1 023.50$-a, gümüş isə 30 785$-a düşüb.
Qızıl qiymətləri Asiya ticarət sessiyasında bir qədər ucuzlaşdı. Lakin ABŞ iqtisadiyyatının yavaşladığını göstərən əlamətlər faiz dərəcəsinin azaldılması ehtimallarını artırdığı üçün dolları iki aylıq minimumlara enib. Bu səbəbdən də qızıl dünənin bağlanış qiymətinə nəzərən bir qədər daha bahadır.
Bununla belə, sarı metal hələ də may ayında əldə edilən rekord səviyyələrdən xeyli aşağıdır, çünki həftənin sonunda açıqlanacaq əmək bazarı məlumatları faiz dərəcələrinin gedişi haqqında daha çox ipucu verəcək.
Spot qızıl 0.1% ucuzlaşaraq 2 337$-a, "sarı metal"-ın avqust fyuçersləri isə 0.1% geriləyərək 2 368.50$-a düşüb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Az pulla hansı işi qurmaq olar?
Marketinq nə demədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?