Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün açıqlanan statistik məlumatlar fonunda dollar major valyutalar qarşısında öz mövqelərini qoruyub saxlaya bilib. Yeni Zelandiya Ehtiyatlar Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqladıqdan sonra NZD/USD valyuta cütlüyü 0.6134 səviyyəsindən 0.6075 səviyyəsinə qədər eniş tendensiyasını davam etdirib. Dünən qızılın qiyməti 2605$-a qədər ucuzlaşıb, lakin, bugün səhər bir qədər bahalaşaraq 2620$ səviyyəsində ticarət olunur. Neftin qiyməti isə 5% ucuzlaşaraq 76.8$-a qədər kəskin eniş sərgiləyib. 
Çərşənbə günü Yeni Zelandiyanın mərkəzi bankı əsas faiz dərəcəsini 50 baza bəndi azaldıb və inflyasiyanın hədəf səviyyəsinə qayıtmasına baxmayaraq, monetar siyasətin məhdudlaşdırıcı olaraq qaldığını bildirib. Tənzimləyici qurumun uçot dərəcəsini 5.25%-dən 4.75%-ə qədər endirmək qərarı analitiklərin proqnozları ilə üst-üstə düşdü. Bu qərarın fonunda Yeni Zelandiya dolları ABŞ dolları qarşısında 0.6% ucuzlaşdı.
Çərşənbə axşamı günü verilən məlumata əsasən, 2024-cü ilin iyul ayı ilə müqayisədə avqust ayında ABŞ-ın Ticarət Saldosunda kəsir 10.8% azalaraq 70.4 milyard dollar təşkil edib. Analitiklər isə orta hesabla 70.10 milyard dollara qədər azalmanın olacağını ehtimal edirdilər. Avqust ayında ixrac həcmi 5.3 milyard dollar (2%) artaraq rekord həddə - 271.8 milyard dollar səviyyəsinə çatıb. İdxal isə 3.2 milyard dollar (0.9%) azalaraq 342.2 milyard dollar təşkil edib.
Almaniyada Sənaye Sektorunda İstehsal Həcmi iyul ayı ilə müqayisədə avqust ayında 2.9% artıb. Yaponiyada isə illik ifadədə Şəxsi Ev Təsərrüfatlarının Xərcləri avqust ayında 2023-cü ilin eyni ayı ilə müqayisədə 1.9% azalıb. Analitiklər 2.6%-lik azalmanın olacağını proqnoz edirdilər. Ölkənin cari əməliyyatlar hesabının profisiti (mövsümi düzəlişlər olunmadan) avqust ayında 3.80 trilyon yen təşkil edib.
Bugün investorların diqqət mərkəzində olacaq əsas hadisə Bakı vaxtı ilə saat 22:00-da FED-in Federal Açıq Bazarlar Komitəsinin toplantı protokollarını dərc etməsi olacaq. Həmçinin, Almaniyada dərc olunacaq Ticarət Saldosu göstəricisi və ABŞ-da kommersiya məqsədli neft ehtiyatlarına dair rəqəmlər bazar iştirakçılarının maraqla gözlədikləri xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 09 oktyabr 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın


iqtisadi xeberler valyuta kurslari depozit faizleri rubl mezenne bitcoin